Bu gün İstanbul derbisi var

Bu gün İstanbul derbisi var
XƏBƏR 28 Oktyabr 2024 / 12:25 1031
-  A +

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi oynanılacaq.

QOL.az xəbər verir ki, 10-cutur çərçivəsində "Qalatasaray" "Beşiktaş"ı qəbul edəcək. "Rams Park" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçın baş hakimi Arda Kardeşler olacaq.

Bu komandalar son dəfə Türkiyə Superkuboku görüşündə üz-üzə gəliblər. Avqustun 3-də oynanılan qarşılaşmada "Beşiktaş" 5:0 hesablı qələbə  qazanıb.

Superliqada isə "Qalatasaray"la "Beşikta" arasındakı son matç martın 3-də keçirilib. Həmin vaxt "Qalatasaray" 1:0 hesablı qələbəyə sevinib.

Hazırda Supeliqanın turnir cədvəlində "Qalatasaray" 25 xalla liderdir (9 oyuna). "Beşiktaş" isə 20 xalla (8 oyuna) 4-cüdür.

Türkiyə Superliqası, 10-cu tur

21:00. "Qalatasaray" - "Beşiktaş" 

Baş hakim: Arda Kardeşler

"Rams Park".


Son xəbərlər