U-21 millimiz 5 qol buraxaraq uduzdu

U-21 millimiz 5 qol buraxaraq uduzdu
ÖLKƏ FUTBOLU 12 Oktyabr 2024 / 19:57 1512
-  A +

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün 9-cu tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, yığma Ballimena şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“The Showgrounds” stadionunda keçirilən görüş millimizin 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləliklə, Azərbaycan millisi 9 oyuna 5 xal yığaraq qrupda sonuncu yerdədir. 

Qarşılaşmanı Farer adalarından olan hakimlər briqadası idarə edib.

F qrupu

12 oktyabr
 
18:00. Şimali İrlandiya U-21 - Azərbaycan U-21 - 5:0
Qollar:
Çarli Allen, 11 - pen., Coşua MakKiernan, 56, Patrik Kelli, 64, Castin Devenni, 68, Rüstəm Samiqullin, 80 - avtoqol
Baş hakim: Heini Ziskason Vidoy, Dan Petur Pauli Hoyqaard, Yan Hermansen, Byarki Danielsen (Farer adaları)

"The Showgrounds" stadionu

Xallar: Ukrayna - 24 (9 oyun), İngiltərə - 22 (9 oyun), Serbiya - 13 (9 oyun), Lüksemburq - 7 (9 oyun), Şimali İrlandiya - 10 (9 oyun), Azərbaycan - 5 (9 oyun).

Daha çox


Son xəbərlər