Bakıda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Mesut Özil "Qarabağ"ın açıq məşqində iştirak etdikdən sonra media nümayəndələri ilə görüşüb.
QOL.az xəbər verir ki, o, Azərbaycana səfəri haqda danışıb: "Çox danışmağı sevmirəm. Çox şadam ki, buradayam. Türkiyədə "Mesut Özil İdman Akademiyası" açacağıq. Azərbaycanda da həmçinin. Bununla bağlı görüşlər olacaq. Müsbət olacağını düşünürük. Burada azarkeşlər məni sevindirdi. Dəstəyə görə təşəkkür edirəm. Çox qürurlandım".
M. Özil Azərbaycanda klub almaq fikri olmadığını bildirib: "Mənim məqsədim gənc nəsillərə toxunmaqdır. Həm Türkiyədə, həm Azərbaycanda dini, sevgini, qayğını, bərabərliyi öyrədərək gözəl əxlaqlı uşaqlar yetişdirmək istəyirik. Onlar Arda Gülər kimi Avropada böyük klublarda oynamalıdırlar, özlərini və ölkələrini layiqli şəkildə təmsil etməlidirlər. Hər şeyi Allah bilər".
O, "Qarabağ" - "Arsenal" matçını xatırlayıb: "Həmin oyun yadımdadır. Tam xatırlamıram. Atmosfer də əla idi. Hər zaman burada məni çox yaxşı qarşılayıblar. Bu gün də qürur duydum, dəstəklədilər. Daha əvvəl də Azərbaycana gəlmişdim".
36 yaşlı sabiq yarımmüdafiəçi digər tanınmış futbolçuların akademiyalarının uğursuz olduğunu şərh edib: "Önəmli olan isimlər yox, niyyətdir. Bu yola girərkən maliyyəni düşünmürəm. Karyeram var, uğurum var. Statistika hər şeyi göstərir. Yeni nəsilə kömək olmaq istəyirəm. Onlar maliyyə üçün edirlər deyə, 2-3 ilə bağlanır".
O, bu işdə "Qarabağ"la işləməyəcəyini bildirib: "Bu, müstəqil layihədir. İstanbulda, daha sonra Azərbaycanda olacaq. Tək Bakıda yox, Azərbaycanda".
M. Özil Ağdam təmsilçisini izlədiyini bildirib: "Əlbəttə ki izləyirəm. "Qarabağ"a qarşı da oynamışam. Onlara qalib gəldik, edəcək bir şey yoxdur(gülür)".
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı