Liderlik uğrunda İstanbul derbisi…

Liderlik uğrunda İstanbul derbisi…
DÜNYA FUTBOLU 21 Sentyabr 2024 / 11:18 1247
-  A +

Türkiyə superliqasında 6-cı turun oyunları davam edir.

QOL.az xəbər verir ki, turun mərkəzi qarşılaşması bu günə təyin edilib. Əzəli rəqiblər - İstanbul təmsilçiləri “Fənərbaxça” ilə “Qalatasaray” üz-üzə gələcək. 

“Şükrü Saracoğlu” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, bu oyun liderlik baxımından da əhəmiyyət daşıyır. Bu mövsüm liqada bütün 5 matçda qələbə qazanan “Qalatasaray” 15 xalla birinci yeri tutur. “Fənərbaxça” isə 5 oyunda 13 xalla 2-ci yeri tutur. “Fənər” qalib gələrsə liderliyə yüksələcək, “Qalatasaray” xal qazanacağı halda birinciliyi qoruyacaq.

Ehtimal olunan start heyətlər:

Fənərbaxça”: Livakovic, Çağlar, Djiku, Oosterwolde, Fred, İsmail, (Amrabat) Tadic, Szymanski, Maximin, Dzeko

Qalatasaray”: Muslera, Kaan, Sanchez, Abdülkerim, Jakobs, Torreira, Sara, Yunus (Sallai), Mertens, Barış, Osimhen


Son xəbərlər
20.09.24  18:31

"Kəpəz"də ciddi itki

20.09.24  17:57

Kompani narazıdır