“Ötən mövsüm Millətlər Liqasını bizdən öndə başa vuran güclü rəqiblə qarşılaşacağıq. Biz 100 faiz diqqətimizi cəmləyib əlimizdən gələni etməliyik. Azərbaycan sürətli hücum etmək bacarığına malik olan güclü rəqibdir. Onlar topu qazandıqdan sonra çox təhlükəlidirlər, ona görə də diqqətli olmalıyıq. Oxşar hadisə iki il əvvəl də olmuşdu”.
QOL.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin baş məşqçisi Françesko Kalzone Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Azərbaycana qarşı evdə keçirəcəkləri matç barədə danışarkən deyib. O, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin İsveçə 1:3 hesabla uduzduğu oyundan danışıb: “Azərbaycanlı futbolçular penaltini və ya digər fürsətləri dəyəndirsəydilər, tamam başqa oyun ola bilərdi. Yaddan çıxarmayaq ki, Azərbaycan millisində yüksək keyfiyyətli oyunçular var. Biz həmişə qalib gəlmək üçün oynamalıyıq və bu, keyfiyyətli oyuna əsaslanmalıdır. Azərbaycan çox qol vurmur, bizim üçün də asan olmayacaq”.
F. Kalzone Azərbaycana 2022-ci ildə uduzduqları oyundan da söz açıb: “Həmin oyun komanda ilə ilk matçlarımdan idi. Hələ komanda quruculuğunun əvvəlində idik. Oyunun gedişatını çox yaxşı xatırlayıram. Bu dəfə Koşitsedə tamam ayrı oyun olacaq. Biz buna ciddi yanaşmalıyıq, çünki Avropa futbolu yeni səviyyəyə çıxır. Biz taktiki və əqli cəhətdən xeyli inkişaf etmişik. Amma biz daha yaxşı olmalıyıq, çünki digər komandalar da inkişaf edir. Biz nail olduğumuzdan tam razı qalsaq, digərləri bizi gəlib keçəcəklər”.
Qeyd edək ki, sabah keçiriləcək Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar