Ermənistan klubunun stadionunda oyun zamanı işıqlar söndü - Video

Ermənistan klubunun stadionunda oyun zamanı işıqlar söndü - Video
VİDEO 20 Avqust 2024 / 23:45 4343
-  A +

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçirilən “Noah” (Ermənistan) – “Rujomberok” (Slovakiya) görüşündə fasilə yaranıb.

QOL.az xəbər verir ki, Abovyan şəhər stadionunda oynanılan matçın 68-ci dəqiqəsində stadionda işıqlar sönüb. Bu zaman hər tərəfə qaranlıq çöküb.

Təxminən 20 dəqiqəlik fasilədən sonra qarşılaşma bərpa olunub.

Oyun "Noah"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb


Son xəbərlər