Futbol üzrə Azərbaycan milli komandası Millətlər Liqasının yeni mövsümünə uğursuz başladı. Yığmamız Fernandu Santuşun baş məşqçiliyi altında çıxdığı ilk matçların hər ikisində uduzdu. Komanda əvvəlcə evdə İsveçə 1:3, daha sonra isə səfərdə Slovakiyaya 0:2 hesabı ilə məğlub oldu.
U-17 və U-21 millilərimizin də son günlərdə aldığı məğlubiyyətlər Azərbaycan futbolundakı problemləri yenidən gündəmə gətirib.
QOL.az saytı bütün bu uğursuzluqlar və Azərbaycan futbolunun hazırkı durumu haqqında futbol mütəxəssisi Vidadi Rzayevin fikirlərini öyrənib.
Vidadi Rzayev əvvəlcə əsas millimizin çıxışı haqda danışarkən Fernandu Santuşun komandaya baş məşqçi təyin edilməsinin yanlış qərar olduğunu vurğulayıb: "Milli İsveçlə matçda pis oynamadı. Amma mən həmişə demişəm, indi də deyirəm ki,milliyə əcnəbi məşqçi lazım deyildi. Yerli mütəxəssislə davam etmək olardı. Hamımız deyirik ki, aşağı yaş qruplarında problemlər var. Orada mən də işləsəm, problemlər olacaq. Bu problemlərin kökünü axtarıb tapmaq lazımdır. Legionerləri gətirməklə iş düzəlmir. Əleyhinə deyiləm, amma hər şeyin vaxtı, vədəsi var. 4 il də ona vaxt verək, dünya və ya Avropa çempionatının final mərhələsinə çıxacaq - bu, inandırıcı deyil. Ona görə ki, U-17, U-19, U-21 millilərimizin hamısı məğlub oldu. Futbolçuların hamısı milliyə bu komandalardan gəlir də, küçədən gəlmir axı".
V.Rzayev Azərbaycan millisində futbolçu qıtlığı olduğunu vurğulayıb: "Sensasiya olası deyil. Millətlər Liqasında sonuncuyuqsa, təsəvvür edin ki, dünya çempionatında necə oynayacağıq. Millidə 5-6 yeni futbolçu var də. Köhnə futbolçuların da artıq yaşı keçir. Onların yerinə gələcək futbolçu yoxdur. Eminin yerinə kimi qoyacaqsınız? O vaxt da deyirdim ki, Maksim gedəcək, onun yerinə kimi gətirəcəksiniz? Artıq Bədavi də yaşlanıb. Futbolçunun pasportu meydançadır. Yəni, futbolçunun yaşı meydanda bilinir. Mən özüm 41 yaşımadək oynamışam. İstəsən, 5 yaşın olsun, çıx futbol oyna. Amma əgər oynaya bilirsənsə. Axı, bizim futbolçular artıq oynaya bilmirlər. İndi gedin, yerli oyunçu tapın".
O, Fernandu Santuşun Slovakiya ilə matçda heyət seçimində səhvə yol verdiyini deyib: "Santuş Slovakiya ilə oyunda heyətdə çox dəyişikliklər etdi. Oyuna baxa-baxa da bəzi futbol adamları ilə danışanda deyirdim ki, bu milli çətin uğur qazana. İsveçlə matçda oynadılar deyə bəlkə də yorulanlar var idi. Bəhlul Mustafazadə də zədələnmişdi. Amma Slovakiya ilə oyunda çox dəyişiklik oldu. İsveçlə matçda isə bütün statistikaya görə rəqib daha üstün oldu. İsveçlə oyunda ilk hissədə penaltini yerinə yetirə, qol vəziyyətlərindən yararlana bilsəydik, xal qazana bilərdik. İkinci hissədə isə onlar çox güclü oynadılar".
O, Azərbaycan U-21 millisinin baş məşqçisi Samir Əliyevin gənclərə Premyer Liqada az şans verilməsindən şikayətlənməsinə münasibət bildirib: "U-21 millimizi çox qınamıram. Çünki Premyer Liqa komandalarında 7 legioner oynayır. 1-ci liqanın da səviyyəsi aşağıdır. Məşqçilər çox əziyyət çəkirlər. Ona görə də məncə, çempionatların səviyyəsini qaldırmaq lazımdır. Bir sözlə, indiyə kimi neçə ilimiz hədər getdi. Meydançalarımız pis gündədir. Bu itirilən illəri bərpa etmək hələ ki, çox çətin görünür. Samir Əliyev də düz deyir. Onun yerinə mən də olsam, yenə eyni vəziyyət yaranacaq. Gəlib 5-i 15 edəsi deyiləm. Heç kim edə bilməz. Ona görə problemin kökünü tapmaq lazımdır".
Mütəxəssis vurğulayıb ki, milliyə futbolçu yetişdirmək üçün 1-ci və 2-ci liqada futbolun səviyyəsini yüksəltmək lazımdır: "Aşağı liqaların səviyyəsini qaldırmaq lazımdır. O vaxt da demişdim ki, liqaları bir-birinə qarışdırmayın. 1-ci divizionla əvəzedicilərin liqasını birləşdirmişdilər. İndi isə 1-ci və 2-ci liqaların səviyyəsini qaldırmalıyıq. Napoleon demiş, müharibə də pul ilə udulur. Maliyyə olmasa, heç nə etmək olmaz. 2-ci liqanın komandalarına 50 min manat pul verirlər. 50 min manatla nə etmək olar? Problemlər çoxdur... 1-ci liqanın komandalarının futbolçuları 300-500 manat maaş alırlar. Oyunçular da 2-ci işdə işləyirlər, başqa işlərlə məşğul olurlar. Qumara görə nə qədər adamı futboldan uzaqlaşdırdılar".
Mütəxəssis vurğulayıb ki, problem ölkəmizə gələn əcnəbi mütəxəssislərdə yox. Azərbaycan futbolunun sistemindədir: "Səhvlər aşağıdan başlayır, yuxarıyadək çıxır. Problemi tapmaq üçün futbolun başında oturanların hamısı oturub düşünməlidirlər. Dünya komandalarından təcrübə öyrənsinlər, gəlib tətbiq etsinlər. Milyonlarla pulu əcnəbi məşqçilərə xərcləməyin faydası yoxdur. Canni de Byazi Azərbaycana gələndə deyirdi ki, bu milli ilə dünyanı dağıdacam, dünya çempionatına vəsiqə qazanacam. Nəticə qazana bilməyəndən sonra da dedi ki, Azərbaycanda futbolçu yoxdur. İşdən çıxaranda da qəpiyinə qədər pulunu aldı, getdi. Neçə ildir ki, belə davam edir. Problem gələnlərdə yox, futbol sistemimizdədir".
Nur Zeynalova
"İnter"dən ayrıldı, "Qarabağ"ın rəqibində keçdi
Amil Yunanov xarici kluba keçdi
ÇL-də Liqa mərhələsinin ilk qolunu türk vurdu
Azərbaycan millisi 8 qolla uduzdu
Renat Dadaşovun komandasında yeni baş məşqçi
UEFA Musleraya ağır cəza verdi
Adrien Rabyonun transferini açıqladılar
"Mançester Siti"nin futbolçusundan oyun sıxlığına etiraz
Cavid İmamverdiyev dubl etdi, komandası 6 qolla qalib gəldi
"Sabah" basketbol klubu Çempionlar Liqasında debüt etdi
Karlos Vela yenidən MLS-də
Pioli "Əl-Nəsr"də
"Mançester Yunayted"in sabiq hücumçusu bu kluba keçir
"Çelsi"nin futbolçusu zədəsini sağaltdı
"Real" Mendi ilə müqaviləni uzatdı
"Çempionlar Liqasının yeni formatı xoşuma gəlir"
"Qəbələ"nin hücumçusu "Araz-Naxçıvan"da
AFFA üç klubu cərimələdi
Azərbaycan klubları üçün "qırmızı işıq"
"Barselona" yeni formalarını təqdim etdi - Şəkillər
"Napoli"dən Xviça açıqlaması
Millinin iki güləşçisi əməliyyat olundu
ÇL-in oyunları bu kanallarda
Ançelotti şikayətləndi
"Şəki Siti" - "Füzuli" - Video
Yeni mövsüm, yeni format - Çempionlar Liqası başlayır
Mbappeyə "Qızıl buts" təqdim olundu
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
"Udineze"dən geridönüş - Video
Superliqada V tura yekun vuruldu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Qusar" - "Dinamo" oyununda vurulan qollar - Video
"İnter" albaniyalı futbolçu ilə müqaviləni uzatdı
"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirildi
"Şəmkir"in üç cavabsız qolu - Video
Onlar “Qarabağ”ı Avroliqanın “pley-off”unda görürlər
"Real"ın 18 yaşlı hücumçusu evləndi - Şəkillər
2-ci liqa oyunlarında qonaqlar qalib gəldilər
"Şəki"dən növbəti legioner transferi
"Barselona"dan yeni müqavilə
"Real"ın futbolçusu 3 ay oynamayacaq
Mbappedən topdaşıyan uşağa jest - Video
Formula 1-dən sonra Bakının bütün bağlı yolları açıldı