Futbolumuzun bir də penalti vura bilməmə dərdi var - "Gərək onlara dərs keçək"

Futbolumuzun bir də penalti vura bilməmə dərdi var - "Gərək onlara dərs keçək"
ÖLKƏ FUTBOLU 12 Sentyabr 2024 / 12:38 2744
-  A +

Azərbaycan millisinin və "Neftçi"nin sabiq kapitanı Yunis Hüseynov yerli futbolçularımızın penaltini dəqiq yerinə yetirməklə bağlı üzləşdiyi problemlərdən danışıb.

Y.Hüseynov futbolçu karyerasında penaltiləri əksər hallarda dəqiq icra etməsi ilə tanınıb.

Bu yay avrokuboklarda "Zirə"nin heyətindəki yerli futbolçular penaltilər seriyasında qapıya dəqiq zərbə endirməkdə çətinlik çəkiblər. İsveçlə matçda Azərbaycanın əsas millisində Ramil Şeydayev penaltini qola çevirə bilməyib. İki gün əvvəl isə U-21 millimizin üzvü Nəriman Axundzadə Serbiya ilə matçda qeyri-dəqiq olub. 

Y.Hüseynov QOL.a saytına müsahibəsində bunun səbəbi barədə danışarkən deyib:

"Penaltini yerinə yetirmək üçün də təcrübə, özünəinam lazımdır. Özünə inamın olmasa, penaltini vura bilməzsən. Mən özüm də penaltiləri yerinə yetirən futbolçu olmuşam. Gərək penaltilərin üzərində işləyəsən. Bizimkilər bilirsiniz necədir, qapıçı küncü göstərir, bizim oyunçularımız da zərbəni həmin küncə vurur. Sırf penaltiləri niyə qola çevirə bilmədiklərini deyə bilmərəm. Amma özünə inanan futbolçu həmişə dəqiq zərbə vurur. Gərək onlara dərs keçək də. Məşq prosesində işləmək lazımdır. Penalti vurmaq asan bir şey deyil. Boş stadionda qol vurmaq asandır, azarkeşlə dolu stadionda isə çətindir. Serbiya ilə oyunda Nərimanın boş stadionda penaltini vura bilməməsi də anlaşılmaz idi. Dolu stadionda isə cərimə meydançasına girəndə sanki qapı balacalaşır, qapıçı böyüyür. Ona görə də psixoloji baxımdan güclü olmaq lazımdır".

Nur Zeynalova

Daha çox


Son xəbərlər
17.09.24  17:15

Pioli "Əl-Nəsr"də