Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 6-cı gündür.
QOL.az xəbər verir ki, bu gün Azərbaycanın 2 idmançısı və 1 milli komandası mübarizə aparacaq.
Cüdo
Cüdo 100 kq çəki dərəcəsində yer alan dünya və Avropa çempionu, hazırda dünya reytinqində 1-ci olan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq. Osetiyalı milliləşdirilmiş legioner olan Kotsoyev bu il Abu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
Cüdo yarışları saat 12:00-da başlayacaq.
3x3 basketbol
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün 2 oyuna çıxacaq. Yığma Fransa ilə üz-üzə gələcək. Fransa millisi dünya kuboku 2012 və dünya kuboku-2023-də 2-ci, dünya kuboku-2018 və dünya kuboku-2019-da 3-cü, dünya kuboku-2022-də isə 1-ci yerə çıxıb, 2018, 2019, 2022-ci illərdə keçirilən Avropa kubokunun isə qalibi olub. Görüşün 14:30-da başlaması nəzərdə tutulub.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi növbəti oyununda isə Almaniya ilə qarşılaşacaq. Almaniya millisi 2021-ci ildə keçirilən Avropa kubokunda 2-ci olub. Sözügedən matç 20:30-da başlayacaq.
Boks
92 kq çəkidə yarışan təmsilçimiz dünya çempionu, dünya 2-cisi, Avropa oyunları-2019-un qalibi, builki Avropa çempionatının bürünc mükafatçısı Alfonso Dominqes 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla münasibətlərinə aydınlıq gətirəcək. A.Oralbay 2018-ci ildə gənclərin Olimpiadasında qızıl medal, 2018-ci ildə gənclərin dünya çempionatında gümüş medal qazanıb. Döyüşün 19:54-də başlaması nəzərdə tutulub.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı