Fransa və İspaniya yarımfinalda - Avro-2024

Fransa və İspaniya yarımfinalda - Avro-2024
AVRO-2024 6 İyul 2024 / 01:43 12990
-  A +

Bu gün Avro-2024-də 1/4 final mərhələsinə start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

İspaniya və Almaniya yığmaları üz-üzə gəlib. Erkən final adlandırılan bu oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran İspaniya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Digər matçda isə Portuqaliya Fransa millisi ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada 5:3 hesabı ilə daha dəqiq olan Fransa yarımfinala adlayıb.

Yarımfinalda İspaniya və Fransa üz-üzə gələcək.

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da keçiriləcək.

.

5 iyul

Avro-2024

1/4 final

 

23:00. Portuqaliya - Fransa - 0:0 (penaltilər seriyası - 3:5)

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq, “Folksparkştadion".

20:00. İspaniya - Almaniya - 2:1

Qol: Dani Olmo, 52 (1:0), Virtz, 89 (1:1), Merino, 119 (2:1)

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştutqart, "MHP Arena".

 

6 iyul

20:00. İngiltərə - İsveçrə

Baş hakim: Daniel Orsato (İtaliya)

Düsseldorf.Merkur Spiel-Arena

 

23:00.Niderland - Türkiyə

Baş haim: Kleman Turpin (Fransa)

Berlin, Olimpiya stadionu.

Daha çox


Son xəbərlər