Almaniya millisinin baş məşqçisi Julian Naqelsmann komandasının Avro-2024-ün 1/8 finalında Danimarkaya qalib gələrək (2:0) 1/4 finala adlamasını şərh edib.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis komandasının zəif tərəflərnin olduğunu da deyib:
“Qəribə oyun idi. İlk 20 dəqiqə bizim üçün turnirin ən yaxşısı oldu. Sonra qısa bir fasilə verdik. Tufana görə fasilə yaranandan sonra bəzi dəyişikliklər etdik və yenidən daha yaxşı müdafiə olunmağa başladıq. Komandaya dedik ki, hələ də üzərində 100 faiz işləmədiyimiz məqamlarımız var. Biz daha səbirli olmalı və anı gözləməliyik”.
Qeyd edək ki, 1/4 finalda Almaniya yığması İspaniya-Gürcüstan cütünün qalibi ilə qarşılaşacaq.
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi