Bir boksçumuz finalda, ikisi "bürünc" qazandı

Bir boksçumuz finalda, ikisi "bürünc" qazandı
BOKS 29 İyun 2024 / 10:50 647
-  A +

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin daha 1 idmançısı bu mərhələni qələbə ilə başa vuraraq finalda iştirak hüququ qazanıb.

48 kq-da Nihat Qasımov Filip Stanoyeviçi (Serbiya) məğlub edib. O, 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gəlib və həlledici döyüşə yüksəlib.

Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Giorgia La Rosa ilə, Əminə Tağı (52 kq) Maria Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Finala rəqib vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olublar.

Qeyd edək ki, daha öncə Səftər Məmmədzadə də finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da olacaq.

Daha çox


Son xəbərlər