Almaniya millisi pley-offa vəsiqəni təmin etdi, iki oyunda heç-heçə

Almaniya millisi pley-offa vəsiqəni təmin etdi, iki oyunda heç-heçə
AVRO-2024 20 İyun 2024 / 00:53 14343
-  A +

Bu gün Avro-2024-də 2-ci tura start verilib.

QOL.az xəbər verir ki, günün ilk oyununda B qrupunda Xorvatiya və Albaniya milliləri üz-üzə gəlib. Albaniya yığması bu oyunda məğlubiyyətdən son anda qurtulub. Matç 2:2 hesabı ilə başa çatıb.

Hər iki komanda ilk turda məğlub olub. Xorvatlar İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə uduzub.

A qrupunda Almaniya Macarıstanla qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Almanlar turnirin açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib. Macarıstan isə İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Almaniya millisi bu qələbələr sayəsində A qrupunda xallarının sayını 6-ya çatdırıb. Komanda qrup mərhələsinin sonuna 1 tur qalmış pley-offa vəsiqəni təmin edib.

Günün son matçında isə Şotlandiya İsveçrə ilə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb.

19 iyun

Avro-2024

2-ci tur

B qrupu

17:00. Xorvatiya - Albaniya - 2:2

Qollar: Kramariç, 74, Qyasulya, 76-avtoqol - Laçi, 11, Qyasulya, 90+5

Baş hakim: Fransua Leteksye (Fransa).

Hamburq, “Folksparkştadion” stadionu.

N Komandalar O Q H M T-F X
1 İspaniya 1 1 0 0 3-0 3
2 İtaliya 1 1 0 0 2-1 3
3 Albaniya 2 0 1 1 3-4 1
4 Xorvatiya 2 0 1 1 2-5 1

A qrupu

20:00. Almaniya - Macarıstan - 2:0

Qollar: Musiala, 22, Gündoğan, 67

Baş hakim: Denni Makkeli (Niderland).

Ştutqart, "MHP Arena" stadionu.

23:00. Şotlandiya - İsveçrə - 1:1

Qollar: Mk Tominay, 13 (1:0), Şaqiri, 26 (1:1)

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Köln, “Reyn Enerqi” stadionu.

N Komandalar O Q H M T-F X
1 Almaniya 2 2 0 0 7-1 6
2 İsveçrə 2 1 1 0 4-2 4
3 Şotlandiya 2 0 1 1 2-6 1
4 Macarıstan 2 0 0 2 1-5 0

Son xəbərlər
26.06.24  01:30

UEFA Erikseni seçdi