Ukraynalı futbolçuların məğlubiyyətdən sonra Rebrovdan xahişi

Ukraynalı futbolçuların məğlubiyyətdən sonra Rebrovdan xahişi
AVRO-2024 18 İyun 2024 / 11:37 5488
-  A +

Ukrayna millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Rumıniyaya böyükhesablı məğlubiyyətdən (0:3) sonra öz aralarında ciddi söhbət ediblər.

QOL.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.

Futbolçular komandanın baş məşqçisi Sergey Rebrovdan paltardəyişmə otağını tərk etməsini xahiş ediblər. Rebrov onların istədiyi kimi edib. Futbolçular bu məğlubiyyətdən sonra məşqçisiz söhbət etmək qərarına gəliblər.

Xəbərdə bildirilib ki, baş verənlər Ukrayna milli komandasında ab-havanın yaxşı olmadığını göstərir. 

Xatırladaq ki, Avro-2024-də Rumıniya və Ukrayna milliləri E qrupunda çıxış edir.


Son xəbərlər