Təzimə layiq o ötürmə barədə danışdı

Təzimə layiq o ötürmə barədə danışdı
ÇEMPİONLAR LİQASI 1 May 2024 / 12:38 3309
-  A +

"Real"ın yarımmüdafiəçisi Toni Kroos "Bavariya" ilə matçda verdiyi gözəl ötürmə barədə danışıb.

Çempionlar Liqasının 1/2 final mərhələsinin səfərdə "Bavariya"ya qarşı keçirilən ilk oyununda almaniyalı yarımmüdafiəçinin ötürməsindən sonra Vinisius Junior hesabı açıb. 2:2 hesabı ilə yekunlaşan bu matçdan sonra "Real"ın baş məşqçisi Karlo Ançelotti Kroosun ötürməsi barədə "fantastik ötürmə, fantastik finiş" sözlərini işlədib.

Qolun müəllifi Vinisius isə sonradan Kroosa yaxınlaşaraq onun qarşısında təzim edib.

QOL.az xəbər verir ki, Toni Kroos özü də bu haqda açıqlama verib. O deyib: 

"Mən görürdüm ki, onların mərkəz müdafiəçiləri daim Vinini izləyirlər. Onu da bilirəm ki, Vini həmişə boş zonaya sürətlə qaçış edir... Ona görə də biz onun zəhmətini qiymətləndirəliyik. Vini özü üçün boş zona açdı. Ötürmə isə normal idi".

Xatırladaq ki, "Real"la "Bavariya" arasında təkrar oyun aprelin 30-da keçiriləcək.

Həmin ötürməyə videonun 3:00 dəqiqəsindən etibarən baxa bilərsiniz.


Son xəbərlər