Peres "Barselona" ilə oyundan əvvəl hakimlər briqadasına baş çəkib

Peres "Barselona" ilə oyundan əvvəl hakimlər briqadasına baş çəkib
XƏBƏR 24 Aprel 2024 / 10:53 2407
-  A +

"Real"ın prezidenti Florentino Peres "Barselona" ilə oyundan əvvəl futbolçuları və hakimlər briqadası ilə görüşüb. 

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Bu məqsədlə o, paltardəyişmə otaqlarına gedib.

Meydan sahiblərinin prezidentinin matçın başlamasına az qalmış belə addım atması “Barselona” oyunçularını təəccübləndirib. Bildirilir ki, Madrid klubunun arbitraj müşaviri Megia Davila və İspaniya Kral Futbol Federasiyasının (RFEF) məlumatçısı Peres Lasa da Florentino Peresin yanında olub.

Sözügedən görüş "Real"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Real" hazırda La Liqanın turnir cədvəlində 81 xalla liderdir. 70 xala sahib olan "Barselona" isə 2-cidir. 


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə