"Vacib oyundur. Son vaxtların ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Cavab oyununda diqqətli olmalıyıq. Bu stadionda çıxış etmək xoşdur. Bütün fikrimizi oyuna yönəltmişik".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında "Bayer"lə sabahkı cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
O, Xabi Alonsonun "Qarabağ"dan qorxmadığını bildirməsi fikrini belə şərh edib: "Biz hamımız bu ifadəni işlədirik. Heç bir rəqibdən qorxmuruq. Rəqibə qarşı biz də eyni cür yanaşırıq".
Mütəxəssis Juninyonun son durumu və Musa Qurbanlının Ağdam təmsilçisinə qayıdıb-qayıtmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Juninyonun sabah əsas heyətdə olub-olmaması hələ bilinmir. Məşqdən sonra qərar veriləcək. Hazırda yeni hücumçu haqda düşünmürük. Komandada yetərincə futbolçu var. Həmin mövqedə istənilən oyunçudan istifadə edə bilərik. Musanın komandaya qayıtması hələlik gündəmdə deyil. Bu mövzu yay transfer pəncərəsində açıla bilər".
Q.Qurbanov sıx qrafikdə olduqlarını vurğulayıb: "Amma "Bayer" də son 20 gündə çox vacib qrafikdə olub. Son vaxtlar onların hazırlığı daha yaxşıdır. Mən heç vaxt futbolçularıma sırf əlavə vaxt və ya penaltilər seriyasına hazırlaşmağı tapşırmamışam. Amma məşq proseslərimizdə ayda bir dəfə bunun üzərində çalışırıq. İndi onları buna hazırlamaq psixoloji basqı ola bilər. Belə halları oyunun gedişində düşünmək daha doğrudur. Biz 90 dəqiqəyə motivasiya olub meydana çıxırıq. 120 dəqiqə oynamaq təcrübəmiz də var. Dəfələrlə bu situasiya ilə rastlaşmışıq. Çox istərdim ki, hər şey 90 dəqiqədə həll olunsun. Kim qalib gəlsə,fərq etməz. Futbolçuları nəzərə almaq lazımdır. Son illərdə futbol elə hala gəlib çıxıb ki, oyun sayı həddindən artıq çoxdur. İstirahət etməyə vaxt olmur. Sabah Bakıdakı oyunu daha da yaxşılaşdırmağa çalışacağıq".
Mütəxəssis bu mərhələyə kimi gəlməyin onlar üçün böyük təcrübə olduğunu söyləyib: "Zədəlilərimiz oldu, bəzi transferlərimiz gecikdi. Çox güc sərf etdik və komandanı formalaşdıra bildik. Bəzi risklərə getdik. Tək mənə yox, Azərbaycan futboluna böyük təcrübə oldu. Azarkeşlərə, funksionerlərə və s. Son vaxtlar futbol ölkədə daha çox sevildi. Belə komandalara qarşı oynadıqda, "Braqa" kimi rəqiblərə qalib gəldikdə komandanın böyüməsinə daha çox təkan olur. Elə detallar var ki, yaxşılaşdırmalıyıq. Deməyə çəkinmirəm, bu il mənə böyük təcrübə və inam verdi. Bəzən futbolçuların sənin tapşırıqlarını həvəslə yerinə yetirirsə, bu, səni sevindirir".
P.S: Jurnalistlərin Leverkuzenə səfəri və mətbuat konfransında iştirakı ETOPAZ-ın dəstəyi ilə həyata keçirilib
"Çelsi"dən ayrıldı
"Nəticə bizim üçün önəmlidir" - U-21 millimizin üzvü
Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik
"İnter" İnzaqinin gedişini açıqladı
"Şamaxı"da daha bir müqavilə
"Liverpul" qapıçısını satdı
Niderland millisinin üzvü "Bayer"də
İnzaqi "İnter"i ərəb klubuna dəyişir
"Zirə"nin daha iki legioneri milliyə çağırıldı
Pepe Reyna məşqçiliyə başladı
"Xabi "Real"ı təhlükəli komandaya çevirəcək"
"Sumqayıt" 3 futbolçusu ilə yolları ayırdı
“Qarabağ”dan regionda bir ilk
Azərbaycanın iki boksçusuna ağır cəza...
"Çelsi"dən yeni transfer
Qvardiola Xabi Alonso haqda
Selçuk İnan Superliqa klubunda
"Mançester Yunayted"in kapitanından ərəblərə rədd cavabı
İngiltərə Premyer Liqasının yeni topu - Foto
"Zirə"nin hücumçusu yenidən Gürcüstan millisində
Levandovski: "Yamal "Qızıl top"u qazana bilər"
Rusiya klubundan "Sabah"ın baş məşqçisinə təbrik
"Tottenhem" ev oyunlarına bu formalarla çıxacaq - Şəkillər
Benziaya sərt cəza, "Qarabağ"a maliyyə sanksiyası
Sarrinin yeni klubu rəsmiləşdi
Tətbiqimizi yüklə, xəbərlər telefonuna gəlsin!
"Araz-Naxçıvan"dan Qara və Slaviklə bağlı rəsmi qərar
PSJ-nin futbolçusunun evi qarət edildi
"Milan" Leauya qiymət qoydu
Yamal “Real”ın oyunçusunu özünün oyuncağı adlandırdı
Modriç İtaliya nəhəngi ilə danışıq aparır
16 illik "Atletiko" karyerasına davam - Rəsmi