“Araz-Naxçıvan” “Turan Tovuz”la oyuna itki ilə çıxacaq

“Araz-Naxçıvan” “Turan Tovuz”la oyuna itki ilə çıxacaq
XƏBƏR 9 Mart 2024 / 23:05 1289
-  A +

Misli Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”un qonağı olacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçirib.

QOL.az klubun saytına istinadən xəbər verir ki, komandanın Gəncə şəhər stadionunun ehtiyat meydanında (süni örtüklü) təxminən 1 saat davam edən hazırlıq prosesində müalicəsi davam edən Abdulla Rzayev, eləcə də cəzalı olduğuna görə meydana çıxa bilməyəcək Miço Kuzmanoviç və Muhammed Kadiri iştirak etməyib.

Qeyd edək ki, "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu martın 10-da, saat 15:30-da Tovuz şəhər stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner