İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi

İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
XƏBƏR 8 Mart 2024 / 23:00 1997
-  A +

“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu seçilib.

QOL.az xəbər verir ki, Hoylund Fil Foden (“Mançester Siti”), Joao Qomez (“Vurverhempton”), Paskal Qross (“Brayton”), Rodriqo Muniz (“Fulhem”), Bukayo Saka (“Arsenal”) və Olli Uotkinsi (“Aston Villa”) geridə qoyub.

Danimarkalı forvard ötən ay 4 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. 21 yaşlı forvard bu mükafatı qazanan ilk danimarkalıdır.

Daha çox


Son xəbərlər
topaz banner