"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə Bakıdakı ilk oyunundan (2:2) sonra mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, mütəxəssis əvvəlcə matç haqqında ümumi fikirlərini bölüşüb:
"Azarkeşlərə təşəkkür edirəm. Çətin hava şəraitində sona qədər bizimlə oldular. Stadionda böyük futbol ab-havası var idi. Futbolçularıma təşəkkür edirəm ki, bu cür oyun göstərdilər. Qalib gəlmək şansımız da var idi. Sonda bərabərlik oldu".
Baş məşqçi bu gün stadionda qadın azarkeşlərin çox olmasına da toxunub: "Əvvəlki mətbuat konfranslarından fərqli olaraq, bu gün qadınlarımız da burada çoxdur. Azərbaycanlı kişilərin qadınlara münasibəti fərqlidir, dəfələrlə bunun şahidi olmuşam. Biz qadınlara çox böyük dəyər veririk. Allah sizi qorusun, həmişə üzünüz gülsün. Özünüzü inamlı hiss edəsiz ki, Azərbaycanda bu cür kişilər var, qadınlara hörmət edib, qoruyurlar".
O, cəzalı futbolçularının olmamasının komandanın oyununa neçə faiz təsir etməsi barədə sualı belə cavablandırıb: "Faiz olaraq deyə bilmərəm. Amma böyük ehtimal oldu. Belə oyunlarda sürəti, dinamikanı qoruyub saxlamaq çox önəmlidir. Elvin Cəfərquliyev və Julio Romao 90 dəqiqə meydanda gücləri çata bilən oyunçulardır. Sürətə, dinamikaya dözənlərdir. Bir neçə oyunçumuzun sona yaxın yorğunluqları hiss edildi. Hətta əzələlərində problem oldu".
Q.Qurbanov "Eyni oyunu, gücü Leverkuzendəki matçda göstərib, növbəti tarix yaza bilərsinizmi" sualını da cavablandırıb: "Hər şeyə real baxmalıyıq. Oyundan əvvəl bəlkə ən çox inamlı olan mən idim ki, bu gün rəqibə qarşı düzgün oyun quracağıq və komandam yaxşı oynayacaq. Amma hər yerdə oxuyurdum, zənglər, mesajlar gəlirdi ki, başa düşürük "Bayer" güclüdür, səviyyə fərqi çoxdur, məğlub olsaq da, canımız sağ olsun. Özümdə inam var idi ki, “Bayer”ə qarşı nəticə əldə edə bilərik. Ən azından Bakıda. Belə də, oldu. Leverkuzendəki matça da ümidsiz getmirəm. Komandamın ilk oyundan daha yaxşı oynaması, mübarizə aparması üçün hazırlayacağam. Buna ehtiyac olacaq. Almaniya, İspaniya komandalarında istənilən rəqibə qarşı meydana rahata çıxmaq yoxdur. Çox ciddi olurlar. Xabi Alonso ilə səfərdəki görüşümüzdə də bu haqda danışırdıq. O, mənə analizlər zamanı bəzi nöqtələrimiz haqda danışırdı. Bu onu göstərdi ki, bizə ciddi yanaşırlar. İstənilən halda, Leverkuzenə ümidsiz getmirik".
O, "Bayer"n əsas heyətdə əsas oyunçularına yer verməməsi haqda deyib: "Ciddi dəyişiklik yox idi. Gözləyirdim ki, bir neçə oyunçuya istirahət versinlər. Əvvəlki matçlarımızda da heyət eyni idi. Virtz, Bonifase meydanda yox idi. Amma ikinci hissədə Virtz oynadı. Bəlkə də, üstünlükləri onda oldu. Onlar tempi yüksəldib, ustalıqlarını ortaya qoydular. Hücum xəttində düşünürdük ki, Patrik Şik oynayacaq, ancaq Borxa İqlesias oynayırdı. Sadəcə onu səhv düşündüm".
Mütəxəssis Misli Premyer Liqasının son turunda - "Neftçi" ilə görüşdə "Bayer"lə matç üçün bəzi taktiki gedişləri sınadığını demişdi. O, bu gün həmin ideyalarının reallaşdığını qeyd edib: "Qolların ikisini də elə vurduq. Bunu daha sürətli hücumlarla etdik. "Bayer"in çox sürətli oyunçuları var. Avropanın ən sürətli komandalarından biridir. "Neftçi" ilə matçda da sürətli qollarımız oldu, “Bayer”lə görüşdə də. Juninyonun daha bir epizodu oldu, yararlana bilmədik. Müdafiə olunanda da bir-iki element var idi ki, “Neftçi” ilə matçda sınaqdan keçirmişdik. Bu gün də reallaşdırdıq. Sadəcə hesabı sona qədər qoruyub saxlaya bilmədik, yoruldular".
Q.Qurbanov "Bayer"lə oyunda zədələnən futbolçusu Olavio Juninyonun durumundan da söz açıb: "Ola bilər ki, əzələsində problem yaransın. Sabah dəqiq bilinəcək. Digərlərində ciddi problem olmalı deyil. Həkimlərin dediyinə görə, Juninyoda 70 faiz yorğunluq yox, zədədir".
Baş məşqçi "2010-cu ildə "Borussiya"ya Bakıda 0:1 uduzandan sonra demişdiniz ki, bu cür komandalarla oynamağa hazır deyilik. 14 il ərzində nə dəyişdi ki, artıq "Bayer"i məğlub etməyə belə, yaxın idiniz" sualını belə cavablandırıb: "Etiraf edək ki, 1-2 matça komandanı bu cür oyunlara kökləmək olur. İlboyu buna gücümüz çatmaya bilər. 1/8 final oyunu idi deyə, oyunçular daha istəkli idilər. 14 il ərzində həm mənim təcrübəm artıb, həm klub olaraq böyümüşük. Problem ondadır ki, onlar da önə gedirlər, daha sürətlə inkişaf edirlər. Tək bir oyuna görə artıq Bundesliqa komandasına qarşı mübarizə aparmağa tam hazır olduğumuzu deməzdim. Ustalıq səviyyəsini fikirləşməliyik. İlboyu belə azarkeş qarşısında oynamalıyıq ki, oyunumuzun tempi aşağı düşməsin. Çox nüans var. İlboyu 3-4 belə oyun oynayırıq".
Mütəxəssis futbolçusu Abdullah Zubirin durumu ilə əlaqədar verilə sualı cavablandırıb: "Heç kimə irad bildirmədim. Oyun epizodu idi. Top bəzən sənin istədiyin kimi öz ünvanına getmir. Fikir bildirmədim. Əksinə, hamısına təşəkkür etdim".
O, cavab oyununa görə PFL-dən Misli Premyer Liqasındakı növbəti matçlarının təxirə salınmasını istəməyəcəklərini bildirib: "Yox. Artıq gecdir. Əvvəlki matçlarda olduğu kimi rotasiyalar edəcəyik. Öz planımıza uyğun hazırlaşacağıq".
Tarixində ilk dəfə dünya çempionatında oynayacaq
Ukrayna - Azərbaycan: Heyətlər
Cordan Pikford “Everton”da qalır
Ərəblər İkardi üçün hərəkətə keçdi
İspaniya – Bolqarıstan matçında iştirak etməyəcək
Yankoviçin durumu necədir?
Haaland “Real”a keçir?
Ötən ayın ən yaxşısı seçildi
2-ci liqada 5-ci tura start verildi
PFL-in direktoru Avroliqa matçına təyinat aldı
Azərbaycanlı FİFA referisi Avropa çempionatının oyunlarında
Laporta: "Messi ilə münasibətlərimiz yaxşılaşır"
Superliqa klubunda yeni baş məşqçi
"Barselona"da itki: La Liqa və ÇL oyunlarını buraxacaq
Sabiq "Arsenal"lı baş məşqçi oldu
1-ci liqada 5 oyunun hakimləri
38 yaşlı Messi bombardirlər siyahısında liderdir
Finallisima: harada və nə vaxt?
Zidandan məşqçilik karyerası haqda açıqlama
“Bodo-Glimt”in qapıçısı Rusiya millisindən imtina edib
Balıqçı balığını tutur, çoban qoyununu otarır…
PSJ-nin futbolçu Azərbaycan millisi haqda nə dedi?
Daha bir komanda DÇ-2026-da
"Araz-Naxçıvan"ın ÇL oyunlarının hakimləri
Millimizin heyətində dəyişiklik
Niderlanddakı qol yağışı - Video
Niderlanddan darmadağın, Farer adaları Çexiyanı da uddu
Millimiz Krakovda məşqə çıxdı - Şəkillər
“Ukrayna bu görüşə final kimi yanaşır” - Ayxan Abbasov
Elvin Cəfərquliyev: “Rəqibi analiz etmişik”
“Kayserispor”un yeni baş məşqçisi müəyyənləşdi
“Fənərbaxça”nın iki futbolçusu əsas heyətdən kənarlaşdırıldı
Sergey Rebrov: “Xallar bizə Azərbaycandan daha çox lazımdır”
“Reyncers” Cerrardı razı sala bilmədi
Vlahoviç “Bavariya”nın transfer hədəfində
“Fərdi ustalıqda bizi qabaqlayırdılar” - Elxan Abdullayev
U-19 millimiz Özbəkistana məğlub oldu
"Kəpəz" onu yenidən transfer etdi
Avropa çempionu karyerasını başa vurdu
Türkiyə millisində ciddi itki