Bellinqemin cəzası açıqlandı

Bellinqemin cəzası açıqlandı
XƏBƏR 6 Mart 2024 / 16:45 3586
-  A +

"Real"ın futbolçusu Cud Bellinqem 2 oyunluq cəzalandırılıb.

QOL.az "The Atletic"ə istinadən xəbər verir ki, buna səbəb onun La Liqanın 27-ci turunda "Valensiya" ilə görüşdə (2:2) qırmızı vərəqə alması olub. 

Sözügedən matçın baş hakimi Xesus Gil Manzano 90+9-cu dəqiqədə Bellinqemin vurduğu qolu qeydə almayıb. Qərar bununla izah olunub ki, qol vurulmazdan əvvəl - top cərimə meydançasına ötürülərkən hakim oyunun bitdiyini bildirən final fiti səsləndirib. 

Bundan sonra “Real”ın futbolçuları hakimlə mübahisəyə başlayıblar. Sayılmayan qolun müəllifi Bellinqemə isə qırmızı vərəqə göstərilib.

Ona görə də yarımmüdafiəçi La Liqada "Selta" və "Osasuna"ya qarşı oyunları buraxacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner