Qurban Qurbanovla bağlı maraqlı suala - Xabi Alonsonun cavabı

Qurban Qurbanovla bağlı maraqlı suala - Xabi Alonsonun cavabı
XƏBƏR 6 Mart 2024 / 13:04 10258
-  A +

"Bayer"in baş məşqçisi Xabi Alonso "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan danışıb.

QOL.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında həmkarı barədə fikirlərini bildirib. azerisport.com-un xəbərinə görə, azərbaycanlı jurnalist tədbirdə X.Alonsoya belə bir sual ünvanlayıb:

"Yanvarın sonunda Qurban Qurbanov sizin klubun qonağı oldu. Əgər bilsəydiniz ki, "Qarabağ" sizinlə yenidən düşəcək, Qurbanovu qəbul edərdinizmi?" sualı ispaniyalı mütəxəssisdə təbəssüm yaradıb. 

X.Alonso cavabında deyib: "O, yaxşı məşqçidir. İstənilən halda onu böyük məmnuniyyətlə qəbul edərdik. Yaxşı söhbətlərimiz oldu. Aramızda heç bir sirr yox idi. Bizim bir-birimizdən gizlədəcəyimiz heç nə yoxdur".

Xatırladaq ki, bu mövsüm Avropa Liqasının qrup mərhələsində qarşılaşmış "Qarabağ"la "Bayer" martın 7-də sabah Bakıda həmin yarışın 1/8 finalında da üz-üzə gələcəklər. Bu komandalar arasında cavab görüşü martın 14-ü Leverkuzendə keçiriləcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner