Almaniyanın nüfuzlu idman qəzeti “Kicker” UEFA Avropa Liqasının 1/8 finalında “Qarabağ”la qarşılaşacaq “Bayer”in Bakıya gözlənilən səfəri ilə bağlı yazı hazırlayıb.
QOL.az xəbər verir ki, yazıda Leverkuzen təmsilçisini uzun və stressli səfər gözlədiyi qeyd olunub. Yazı müəllifi qeyd edir ki, Avropa Liqasının 1/8 final mərhələsindən etibarən "Bayer" üçün ingilis həftəsi başlayır (təqvimin sıxlığına görə - red.). "Çempionat yarışı ilə beynəlxalq rəqabət, xüsusən Bakıya ağır səfər komanda üçün yükə çevrilə bilərmi?" - deyə sual edən nəşr "Bayer"in idman direktoru Simon Rolfesin fikirlərinə də yer verir.
Bundesliqanın lideri olan Leverkuzen təmsilçisini çempionatda qarşıda 10 oyun gözləyir. Bu həftədən sıx oyun qrafikinə başlayacaq “Bayer”in Bakıya 5 saatlıq uçuşunun komanda üçün çətin bir yük ola biləcəyi vurğulanıb.
"Səfərimiz mütləq ağır olacaq. Biz bir dəfə artıq ora səfər etmişik. Ona görə də bilirik ki, orada oynamaq bizə asan olmayacaq" - deyə "Bayer"in müdafiəçisi Conatan Ta bildirir.

Bakını Asiya ilə sərhəd adlandıran alman həmkarımız eyni zamanda “Bayer”in ötən ilin noyabr ayında Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyun üçün Azərbaycan səfərində olduğunu xatırladıb. "Asiya ilə sərhədə səyahət xüsusi bir şeydir" - deyə yazıda vurğulanır.
“Üç saatlıq vaxt fərqinə baxmayaraq, komanda və nümayəndə heyəti gündəlik ritmini qoruyub saxladı. Çünki müəyyən qaydalara əməl edildi. Leverkuzenə qayıdarkən heç bir uyğunlaşma problemi yaşanmaması üçün Bakıda yeməklər Mərkəzi Avropa saatına uyğun vaxtlarda yeyildi” - deyə yazıda bildirilir.
Nəşr “Bayer”in üç cəbhədə (Bundesliqa, Avroliqa, ölkə kuboku) mübarizə apardığını xatırladır və bunun potensial bir problemə çevrildiyini qeyd edir: "Beşinci günü planlaşdırılan dönüşdən (16:10) iki gün sonra komanda bazar günü "Volfsburq"la oyuna çıxacaq (19:30). Mövsümün ilk yarısında Bakıdakı oyundan sonra "Bayer" üçün problem yaranmamışdı. Çünki paslanmış oyunçu kimi davranan "Union Berlin" üzərində 4:0 hesablı qələbə asan olmuşdu.
“Volfsburq”a qarşı matç isə yəqin ki, çətin olacaq. Yəni Bakıdakı oyun və ora səyahət stressi "Bayer 04" üçün tamamilə əlverişsizdirmi? "Yox, yox, yox. Belə səfərlər bizə uyğundur" deyə klubun idman direktoru Simon Rolfes cavab verir. İdman direktoru hər hansı mümkün alibini dəstəkləmək istəmir".
Yazının sonunda isə “Qarabağ”ın asan rəqib olmadığı vurğulanıb: “Azərbaycan klubu pley-off mərhələsində “Braqa”ya qalib gəlib. Onlar iki oyunda (4:2, 2:3) Portuqaliya klubuna düz 6 (!) qol vuraraq mərhələ adlayıblar”.
Qeyd edək ki, "Bayer"lə "Qarabağ" arasında ilk oyun martın 7-də Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab matçı isə martın 14-də Leverkuzendə keçiriləcək.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu