Qvardiola: "Yeganə məqsədimiz Çempionlar Liqasının 1/4 finalına çıxmaqdır"

Qvardiola: "Yeganə məqsədimiz Çempionlar Liqasının 1/4 finalına çıxmaqdır"
XƏBƏR 5 Mart 2024 / 20:36 2048
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının bu mövsüm Premyer Liqanı, Çempionlar Liqasını və İngiltərə Kubokunu (trebl) qazanmaq şanslarını dəyərləndirib.

QOL.az xəbər verir ki, mütəxəssis hələ yalnız ÇL-in 1/4 finalına adlamağı hədəflədiklərini söyləyib:

“Bizim yeganə məqsədimiz sabah 1/4 finala yüksəlməkdir. Biz hələ trebldən danışmaqdan çox uzağıq. Bəli, keçən mövsüm “İnter”ə finalda qalib gəldik. Amma indi hələ martın əvvəlidir. Sabah "Kopenhagen"ə qarşı oynayacağıq. Bütün diqqətimi buna yönəltmişəm".

Xatırladaq ki, 2022/2023 mövsümündə Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" eyni vaxtda üç kubok qazanmışdı. Komanda sabah ÇL-in 1/4 finalında "Kopenhagen"lə cavab matçına çıxacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner