İbrahimoviç taekvondo fəndinə görə cəzalandı

İbrahimoviç taekvondo fəndinə görə cəzalandı
ÖLKƏ FUTBOLU 15 Mart 2011 / 00:43 2944
-  A +

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç 3 oyunluq cəzalanıb. Qol.Az-ın "Goal.com"a istinadən xəbərinə görə, bu barədə İtaliya A seriyasının xüsusi komissiyası qərar çıxarıb.

Vaxtilə taekvondo ilə məşğul olmuş və hətta qara kəmərə malik İbrahimoviç 29-cu turun oyununda "Bari"nin müdafiəçisi Marko Rossinin qarnına təpik atıb. Buna görə də isveçli hücumçu meydançadan qovulub. İbrahimoviçin 3 oyunluq diskvalifikasiyaya məruz qalması o deməkdir ki, futbolçu "Milan"ın aprelin 3-də "İnter"lə keçirəcəyi derbidə iştirak etməyəcək.     

Daha çox


Son xəbərlər