"Maraqlı görüş alındı. Hər iki tərəfin fərqlənmək üçün yaxşı imkanları var idi”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Misli Premyer Liqasının 24-cü turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra deyib.
Monteneqrolu mütəxəssis 1:1 hesablı heç-heçəni belə şərh edib: “Hər iki hissənin əvvəlində daha yaxşı çıxış etdik. Lakin hesabı açdıqdan sonra oyunumuzda problemlər yarandı. Rəqib təzyiq etməyə başladı. Bir neçə qol epizodu oldu. Hətta "Turan Tovuz" qələbə qazana da bilərdi".
O, ilk dəfə səfər etdiyi Tovuzda təzyiq hiss etmədiyini bildirib: “Azarkeşlər komandalarını çox gözəl dəstəkəyirdi, təbiət də gözəl idi”.
Mütəxəssis sonda rəqibin pressinqinin qarşısını almaq üçün heç bir addım atmamasının səbəbini belə izah edib: “İstədiyimiz bütün əvəzetmələri etmişdik. Dəyişiklik limitimiz dolmuşdu”.
Bojoviç Mark Tamaşın oynamamasının səbəbi belə izah edib: “Onun oynadığı matçda "Sumqayıt"a uduzmuşduq. Həmin görüşdən sonra dəyişiklik etdik. Lakin Sumqayıtdakı məğlubiyyətin səbəbkarı o deyildi”.
“Neftçi”nin çalışdırıcısı “Qarabağ”ın heyətində inamlı təsir bağışlayan həmyerlisi Marko Yankoviç gələcəkdə komandasında görmək istəməsi barədə sualı belə cavablandırıb: “Azərbaycanda hər məşqçi elə oyunçunu komandasında görmək istəyər”.
O, hazırkı heyətlə hədəfə çata biləcəklərini söyləyib: “Qarşımıza ikinci yeri tutmaq hədəfi qoyulub. Hər şey istədiyimiz kimi getsə, bu heyətlə hədəfə çata bilərik”.
Bojoviç sonda heç vaxt komandamın oyunundan razı qalmadığını vurğulayıb: “Düşünürəm ki, daha yaxşısını göstərə bilərik”.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türkilər “Liverpul”un baş sponsoru olur - Rəsmi
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”