"Qəbələ" Azərbaycan Premyer Liqasının 21-ci turunda doğma meydanda "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
QOL.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda yaxşı mübarizə apardı. Heyətlə bağlı sıxıntı yaşayırdıq. Amma meydana çıxan oyunçular onları layiqincə əvəz etdi. Komandanın performasnından razı qaldım. Daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq".
- İtkilərin fonunda bu heç-heçəni qələbəyə bərabər hesab etmək olar?
- İtkiləri bilirdik. Müəyyən rotasiyalara getməyə məcbur idik. Boşluqları doldura bildik. Nəticədən əlavə komandanın mübarizəsi məni qane etdi.
- Vurduğu gözəl qola görə Ülvi İsgəndərliyə mükafat veriləcək?
- Qola görə heç bir mükafat vermirik. Ülvi komandanın aparıcı oyunçuarınında biridir. Ondan hər an belə qollar gözləyirik.
- Klesio Baukun durumu necədir?
- Bizə zədəli gəlmişdi. Bu oyuna çıxmağı riskli idi. Sağ olsun, komandaya fayda verməyə çalışdı. Zədəsi ciddi deyil. Özünü qorumaq üçün oyundan çıxmaq istədi.
- Emil Səfərov gənc futbolçudur. Onun bu qədər aqressiv olması barədə fikirləriniz necədir?
- Futbolçu aqressiyanı göstərməlidir. Nəysə istəyir ki, bunu göstərir. Emin intizamlı futbolçudur. Onun aqressiv olması bizim xeyrimizədir.
- Sanki bu gün əvvəlki "Qəbələ" sizə qarşı oynayırdı...
- Futbolda belə hallara da hazır olmalısan. Onlara uğurlar arzulayıram. "Qəbələ" üçün böyük işlər görüblər, adlarını klubun tarixinə yazdırıblar. Heç bir futbolçu ilə incikliyimiz yoxdur. Gələcəkdə yenə bir yerdə işləyə bilərik. (Sportal.az)
"Arsenal"a keçə bilər
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"