"Barselona"nın baş məşqçisi Xavi klubun prezidenti Joan Laportanın "Real"in hakimlərə təzyiq göstərməsi haqda verdiyi açıqlamaya münasibət bildirib.
QOL.az sport.es-ə istinadən xəbər verir ki, mütəxəssis Laportanın sözlərini təsdiqləyib:
“Aartıq demişəm ki, hakimlərin belə şəraitdə işləməsi mənim xoşuma gəlmir. Lakin onlar bunu hər həftə davam etdirirlər. Hakimlər şərti işarələr verirlər. Joan Laportanın sözləri ilə 100 faiz razıyam. Bu reallıqdır və biz "Barselona" azarkeşlərini aldada bilmərik.
Mən federasiya prezidenti və ya La Liqanın prezidenti deyiləm. Amma baş verən vəhşiliyə təəccüblənirəm. Bu problemdir, çünki rəqabəti aradan qaldırırlar. "Real" hər həftə La Liqanı tamamilə idarə etmək üçün hakimlər təyin edir. Bu doğrudur. Bunu hətta kor adam da görə bilər. Simeonenin dediyi kimi: "Biz axmaq deyilik və hər şeyi görürük". Media bu barədə yazmalıdır”.
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək