Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ölkə kubokunun 1/4 final mərhələsinin «Xəzər Lənkəran» və «Neftçi» arasında keçirilmiş cavab matçını vaxtından əvvəl tərk etməsinə aydınlıq gətirib.
Qeyd edək ki, Foqts oyunun 80-ci dəqiqəsində, hesab 1:1 olarkən meydançanı tərk edib.
Qol.Az-ın yaydığı xəbərə görə, almaniyalı mütəxəssis bildirib ki, onlar Lənkərana getmək üçün uzun yol qət ediblər. «Bizim yolumuz uzaq idi, həm də hava çox soyuq idi. Amma ən başlıcası mən istədiyimi görmüşdüm. Bundan əlavə, «Neftçi»nin son dəqiqələrdə iki qol vuracağına inanmırdım. Bunu oyunun gedişatı da göstərdi» - deyə Foqts bildirib.
Foqtsun bu açıqlaması qəribə görsənməyə bilməz. Əvvəla, Azərbaycanın köklü ənənəsi olan bir komandaya, milliyə ən çox futbolçu verən klublardan birinə inamını itirməsi haqda dedikləri Foqts kimi peşəkar bir məşqçiyə yaraşmayan ifadələrdir. Həmin oyunun son 10 dəqiqəsində istər «Neftçi», istərsə də «Xəzər Lənkəran» qol vura bilərdi. Hər iki komanda bu matçda qələbəyə layiq idi. Bu, başqa söhbətin mövzusdur. Amma Foqts ora bir azarkeş yox, 9 milyonluq ölkəni təmsil edən bir komandanın baş məşqçisi kimi getmişdi. Cənab Foqts, sizin Azərbaycana gəlməyinizin, burada qalmağanızın, yediyiniz və içdiyiniz hər şeyin, kirayəyə götürdüyünüz lüks mənzilin, Lənkərana getməyininizin pulunu AFFA verir. AFFA isə o pulu Elxan Məmmədovun cibindən ödəmir. Dövlətin, millətin sərvəti hesabına gələn gəlirdən ödəyir. Bakıdan Lənkərana «böyük oyun»a baxmaq, milliyə namizəd olan futbolçuların oyununu seyr etmək sizin vəzifə borcunuzdur.
Amma Fotsu da qınamırıq, AFFA-nın baş katibi Elxan Məmmədov Foqtsun özbaşınalığına o qədər göz yumub və ona o qədər səlahiyyət verib ki, bu adam yüz hoqqadan çıxır, Azərbaycan futbolunu, futbolçusunu, komandalarını və azarkeşlərini ələ salır.
Azarkeş dedik, yadımıza Lənkəranda stadiona gələn 15 min insan düşdü. Hörmətli Elxan Məmmədov, lütfən, cənab Berti Foqtsa artıq başa salın ki, həmin gün stadionda üşüyə-üşüyə oyunu izləyən, təkcə o özü olmayıb, komandalarına sadiqliyini hər zaman nümayiş etdirən 15 min azarkeş də olub.
«Yolum uzaqdır deyə, stadiondan tez çıxdım» kimi cəfəng ifadələr uşaq başı aldatmaq kimi bir şeydir. Cənab Məmmədov, Berti Foqts kimi uşaq yerinə qoyur, kimi ələ salır: sizimi, bizimi, yoxsa, Azərbaycan futbolunun yüzminlərlə azarkeşinimi? Sizə məsləhət vermirik, rica da etmirik, haqqımız olan tələbi irəli sürürük: nəhayət, bu adama yerini göstərin!
Bakıya 10 dəqiqə tez, ya gec çatmaq, nəyi dəyişəcəkdi? Əlbəttə ki, heç nəyi…
Foqts oyunda sona qədər otursaydı belə, fövqəladə nəsə baş verməyəcəkdi.
Amma bu adam o gün sona qədər stadionda oturmalıydı. Çünki bu, onun vəzifə borcudur.
Bu adama tutduğu vəzifənin məsuliyyətini başa salın. Klublara hörmət etməyin yollarını öyrədin.
Adam bir gün, Azərbaycan futboluna Elxan Məmmədovdan çox fayda vermiş «Qarabağ»ı ələ salır, o birisi gün idmanımızın rəmzi olan «Neftçi»nin peşəkarlığına şübhə edir.
Cənab Məmmədov, Azərbaycan futboluna bu qədər sayğısızlıq sizi ağrıtmır?
Ağrıdırsa nəhayət, bir tədbir görün, yox, əgər ağrıtmırsa, onda deyilənlər bir daha öz təsdiqi tapır: siz həqiqətən də Foqtsun himayədarısınız.
Bizdə, Azərbaycanda isə himayədarın başqa bir adı da var: «dayı»!
Cənab Məmməvov, siz doğrudanmı, Foqtsun «dayı»sısınız?
ELNUR
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
Konfrans Liqasında son tur: 18 oyun eyni saatda
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı