Andradenin komandası 1/4 finala yüksəldi

Andradenin komandası 1/4 finala yüksəldi
XƏBƏR 30 Yanvar 2024 / 01:50 4486
-  A +

 "Qarabağ"ın futbolçusu Patrik Andradenin formasının geyindiyi Kabo-Verde millisi Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyununa çıxıb.

QOL.az xəbər verir ki, yığma Mavritaniya ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Kabo-Verde bu qələbə ilə 1/4 finala yüksəlib.

Matçın iştirak ərizəsində yer alan Andrade meydana çıxmayıb. Oyunda yeganə qolu isə 88-ci dəqiqədə Rayan Mendes vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner