"Barselona" Xaviyə görə onunla yolları ayıracaq

"Barselona" Xaviyə görə onunla yolları ayıracaq
XƏBƏR 28 Yanvar 2024 / 14:39 4918
-  A +

"Barselona"nın futbolçusu Serji Roberto mövsümün sonunda komandadan ayrılacaq.

QOL.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Klub rəhbərliyi 31 yaşlı yarımmüdafiəçisi ilə mövsümün sonuna qədər qüvvədə olan müqaviləni yeniləmək niyyətində deyil. 

“Barselona” Robertoya daha bir il müddətinə yeni müqavilə təklif etməyə hazır idi. Çünki bunu baş məşqçi Xavi istəmişdi. Lakin ispaniyalı mütəxəssis cari mövsümün sonunda “Barselona”dan ayrılmaq qərarına gəldiyi üçün Kataloniya klubunun rəhbərləri Roberto ilə əmək müqaviləsinin uzadılmasını məqsədəuyğun hesab etmirlər.

Xatırladaq ki, Xavi ötən gecə “Barselona”nı bu yay tərk edəcəyini açıqlayıb

Qeyd edək ki, Roberto "Barselona"nın yetirməsidir. O, 2006-cı ildən bu klubun futbolçusudur. 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner