"Bavariya" "Qalatasaray"ın futbolçusunu transfer etdi

"Bavariya" "Qalatasaray"ın futbolçusunu transfer etdi
XƏBƏR 28 Yanvar 2024 / 12:58 3198
-  A +

"Bavariya" "Qalatasaray"ın futbolçusu Saşa Boeyi transfer edib.

QOL.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı sağ cinah müdafiəçisi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. 

Saşa bu mövsüm Türkiyə Superliqasında 19 oyun keçirib və 1 qol vurub. Futbolçu UEFA Çempionlar Liqasında 12 matça çıxıb, 1 dəfə fərqlənib. "Transfermarkt" internet portalı kamerunlu müdafiəçinin bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner