Sisse Afrika Millətlər Kubokunda ən yaxşı seçildi

Sisse Afrika Millətlər Kubokunda ən yaxşı seçildi
XƏBƏR 26 Yanvar 2024 / 12:45 2428
-  A +

Seneqal millisinin baş məşqçisi Aliu Sisse Afrika Millətlər Kubokunun qrup mərhələsinin ən yaxşı məşqçisi seçilib.

QOL.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssisin rəhbərliyi altında Seneqal yığması turnirin qrup mərhələsinin hər üç oyununda qalib gəlib. Seneqal yığması ümumilikdə 8 qol vurub, 1 qol buraxıb.

Aliunun komandası 1/8 finalda Fil Dişi Sahili yığması ilə üz-üzə gələcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner