Məşqdə salto etdi, kəllə-beyin travması aldı

Məşqdə salto etdi, kəllə-beyin travması aldı
XƏBƏR 26 Yanvar 2024 / 09:10 2204
-  A +

Misir millisinin yarımmüdafiəçisi Emam Aşur komandanın məşqi zamanı ağır zədə alıb.

QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafəçi məşq zamanı salto edib. Nəticədə o, kəllə-beyin travması və beyin silkələnməsi alıb.

Futbolçu Afrika Kubokunun 1/8 final mərhələsində Konqo ilə matçda komandasına kömək edə bilməyəcək.

Daha əvvəl Misir yığmasının heyətində "Liverpul"un hücumçusu Məhəmməd Salah da zədələnib. 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner