Bu gün keçirilmiş «Xəzər Lənkəran»la ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra «Neftçi» klubu matçın hakimlərindən protest verib.
Bunu Qol.Az saytının müxbirinə «Neftçi»nin Mətbuat və İctimaiyyətlə Əlaqəlar Departamentinin rəhbəri Elnur Əşrəfoğlu bildirib.
«Neftçi» klubu Vüsal Əliyevin bu cür idarəçiliyinə kəskin şəkildə etiraz edir» - deyə E.Əşrəfoğlu söyləyib.
«Hələ «Xəzər Lənkəran»la kubokun ilk oyunundan əvvəl Anar Salmanov bu matça təyinat aldığı üçün ajiotaj yaranmışdı. İddia edirdilər ki, bu hakim bizə kömək edəcək və «Neftçi» növbəti mərhələyə adlayacaq. Amma həmin oyunda komandamız 3:4 hesabı ilə məğlub oldu. Nədənsə, təkrar oyuna Vüsal Əliyev təyinat alanda «Xəzər Lənkəran» klubundan hər hansı etiraz olmadı. Vüsal Əliyev bugünkü matçın 25-ci dəqiqəsində «Xəzər Lənkəran»lı Adrian Pitə qırmızı vərəqə göstərməliydi. Amma bunu etmədi. Hakim Vüsal Əliyevin yeganə məqsədi bu idi ki, «Neftçi» yarımfinala vəsiqə qazanmasın. O, istəyinə nail oldu. İndi biz bir daha sual edirik: budurmu, hakimlərin «Neftçi»yə köməyi? Niyə Vüsal Əlyiev bu oyuna təyinat alanda «Xəzər Lənkəran»a yaxın olan şəxslər, azarkeşlər buna etiraz etmədilər?» - deyə E.Əşrəfoğlu vurğulayıb.
E.Əşrəfoğlu matçdan sonra hakimliklə bağlı şikayət verdiklərini deyib: «Hesab edirik ki, belə bərbad idarəçiliklə bağlı lazımi tədbir görülməlidir. «Xəzər Lənkəran»ın baş məşqçisi Mirça Rednik beş oyunluq cəza alsa da, bütün qaydaları pozaraq ehtiyat oyunçular skamyasının yarım metr yuxarısında əyləşmişdi. Niyə buna qarşı bir tədbir görülmədi?»
Xatırladaq ki, bu gün «Xəzər Lənkəran»la «Neftçi» arasında keçirilmiş ölkə kubokunun 1/4 final mərhələsinin təkrar oyunu 1:1 hesabı ilə başa çatıb. İlk oyunda Lənkəran təmsilçisi 4:3 hesabı ilə qələbə qazandığından yarımfinala da məhz bu komanda vəsiqə əldə edib.
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
Konfrans Liqasında son tur: 18 oyun eyni saatda
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı