«Xəzər Lənkəran»dan AFFA-ya etiraz

«Xəzər Lənkəran»dan AFFA-ya etiraz
ÖLKƏ FUTBOLU 7 Mart 2011 / 13:29 2907
-  A +

«Xəzər Lənkəran» AFFA-nın İntizam Komitəsi tərəfindən baş məşqçiləri Mirça Rednikə beş oyunluq cəza verilməsini etirazla qarşılayıb. Klubun rəsmisi Höccət Hacıyev Qol.Az-a açıqlamasında bildirib ki, məşqçinin papağını yerə çırpmasına görə belə ağır cəzanın verilməsi dünyanın heç bir yerində görünməyib: «Bu, müasir futbola yaraşmayan bir addımdır. Futbolu inkişaf etdirmək istəyən komitə bu cür qərar verməməlidi.Mirça Rednik kiminsə namusunu təhqir etməyib, kiminsə bostanına daş atmayıb, sadəcə öz papağın yerə çırpıb. Bu qərarı klubumuza qarşı yönəlmiş qərəzli hal kimi qiymətləndirirəm. Onun hakimə etiraz bildirməsi halı isə baş verməyib» - deyə H.Hacıyev bildirib.

Daha çox


Son xəbərlər