"Neftçi" klubunun kapitanı Rail Məlikov Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirilən "Xəzər Lənkəran"la oyun haqda danışıb. Qol.Az-ın məlumatına görə, Məlikov bu məğlubiyyətin bir daha təkrarlanmaması üçün futbolçuların meydanda sonadək mübarizə aparacaqlarını qeyd edib.
Məlikov eyni zamanda həmin qarşılaşmanın 79-cu dəqiqəsində əvəz olunarkən baş verən hadisə ilə də bağlı fikirlərini bildirib: "Həmin anda məğlub durumda olduğumuz üçün çox əsəbi idim. Bilirsiniz ki, futbolçular əvəz olunarkən əynindəki formanı çıxarıb inzibatçıya təhvil verir, əvəzində isə isti paltar alır. Mən də öz növbəmdə formamı çıxararaq inzibatçıya vermək istədim. İnanırsınız, əsəbi olduğuma görə həmin anı heç xatırlamıram da. Mən "Neftçi" kimi tarixi olan bir komandanın kapitanıyam və heç bir zaman onun atributlarına hörmətsizlik etmərəm. Uşaqlıqdan bu komandanın azarkeşi olmuşam və əgər hər hansı səhvim varsa, ürəyi "Neftçi" ilə döyünənlərdən üzr istəyirəm".
Qeyd edək ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Neftçi" öz meydanında "Xəzər Lənkəran"a 3:4 hesabı ilə məğlub olmuşdu.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu