Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha 3 görüşü keçirilib. Qol.Az-ın məlumatına görə, bu mərhələnin bütün görüşləri artıq başa çatıb.
İlk "altılıq" təmsilçisi AZAL öz meydanında Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Tovuzun "Turan" klubunu qəbul edib. Çempionatın hər 2 oyununda "Turan"a qalib gələn AZAL bu dəfə də rəqibindən üstün olub.
"Təyyarəçilər" oyunun taleyi birinci hissənin sonlarında həll edib. Matçın 41-ci dəqiqəsində Qvidas Yuşka, 44-cü dəqiqədə isə Nuqzar Kvirtiyanın vurduğu qollar AZAL-a qələbə qazandırıb. İlk görüşdə qələbə qazanan AZAL-ın səfərdə işi daha da asan olacaq.
Bu gün isə I Divizion təmsilçisi "Abşeron" öz meydanında son ölkə çempionu "İnter"i qəbul edib və 0:1 hesabı ilə uduzub.
Digər maraqlı görüş isə Qəbələdə baş tutub. Şəhərin eyniadlı komandası paytaxtın "Bakı" klubunu qəbul edib. "Altılıq" uğrunda gedən mübarizədə "zolaqlılar"a məğlub olan "Qəbələ" bu mərhələdə qalib gəlməklə "Bakı"dan qisas almağa çalışacaqdı. Lakin oyunda hesab açılmayıb.
Günün mərkəzi görüşü isə Respublika stadionunda baş tutub. Burada əzəli rəqiblər "Neftçi" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. Premyer Liqada 1-ci, 2-ci yerləri bölüşən komandaların kubokdakı dueli də böyük maraq doğururdu. Olduqca dramatik şəraitdə keçən görüşdə "Xəzər Lənkəran" "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib. Matçın sonlarına doğru "Neftçi" nə qədər çalışsa da, hesabı bərabərləşdirə bilməyib. "Neftçi" bu məğlubiyyətlə səfər oyununda işini daha da çətinə salıb.
Azərbaycan kubokunun 1/4 final mərhələsi
3 mart
18:00."Neftçi" - "Xəzər Lənkəran" - 3:4
Qollar: Uinston Parks, 12 (0:1), Flavinyo, 31 (P) (1:1), Manuel Skarlatake, 36 (1:2), Julius Vobay, 45+2 (1:3), Andrey Mureşan, 60 (1:4), Flavinyo, 63 (2:4), Slavko Georgiyevski, 70 (3:4)
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Eldar Nağıbəyov, Elçin Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Murad Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu.
14:00."Abşeron" - "İnter" - 0:1
Qol: Girts Karlsons, 80
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, İsgəndər Əliyev, Vüsal Əliyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Səfər Haşımov
"Şəfa" stadionu.
14:00."Qəbələ" - "Bakı" - 0:0
Hakimlər: Rövşən Əhmədov, Vaqif Musayev, Mehman Mahmudov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ şəhər stadionu.
2 mart
16:00. AZAL - "Turan" - 2:0
Qollar: Qvidas Yuşka, 41, Nuqzar Kvirtiya, 44
Hakimlər: Ramil Diniyev, Coşqun Həsənov, Munis Abdullayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
"Şəfa" stadionu.
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
Konfrans Liqasında son tur: 18 oyun eyni saatda
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı