Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükür «Qalatasaray»ın kapitanı Arda Turanla bağlı şok iddia irəli sürüb. Qol.Az-ın məlumatına görə, TRT-də yayımlanan «Stadyum» proqramında danışan Hakan Ardanın əslində zədəli olmadığını və yalnız psixoloji problemlər səbəbindən komandasına kömək etmək istəmədiyini iddia edib.
Qeyd edək ki, ötən ilin oktyabrında Almaniyada əməliyyat olunan Arda bu mövsüm Türkiyə supeliqasında cəmi dörd oyunda meydana çıxıb, bir ay yarım isə komandadan ayrı çalışıb.
Hakan Şükür bildirib ki, Arda ötən mövsüm «Qalatasaray»ın uğursuzluqlarından sonra azarkeşlərin təzyiqi ilə üzləşib və buna görə indinin özündə də psixoloji problemlər yaşayır: «Arda Turanın bugünkü durumu zədəylə bağlı deyil. Bu, psixoloji amillərlə əlaqədardır. Arda mövcud uğursuzluqlardan uzaq durmaq istəyir».
Hakanın bu sözləri üç həftə sonra «Fənarbaxça» ilə «Türk Telekom Arena»da oynanacaq derbi matçı ərəfəsində şübhələ yol açıb.
Hakan Şükürün açıqlamaları Ardanın sıxıntılı bir dönəm keçirdiyini ortaya qoyur. “Ardanın zədəsi sağalmış ola bilər. Ancaq belə vəziyyətdə kimsə çıxıb oynamaz. Milan Baroş da 1.5 il oxşar problemlə üzləşmişdi. Çünki oynayanda bütün problemləri daşımaq sənin üzərinə düşür. Arda ötən il zədəli halda oynadı və etirazlarla üzləşdi. Arda o zaman yaşananları unuda bilmir. Bu, artıq bir təcrübədir. «Qalatasaray» idarəçilərinin isə məsuliyyətdən qaçmaq üçün ön plana atacağı adamları qalmayıb. Belə bir durumda hər kəs oynamaqdaq çəkinər» - deyə Hakan bildirib.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı