Bu gün AFFA İntizam Komitəsinin keçirilən iclasında bir sıra qərarlar qəbul edilib. Qol.Az-ın məlumatına görə, Unibank Premyer Liqasının XXII turunun “İnter” – “Xəzər Lənkəran” matçının 61-ci dəqiqəsində Lənkəran klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Qərara əsasən, oyun zamanı cənub komandasının azarkeşləri yerləşdikləri sektorda oturacaqları (15 oturacaq) sındırdığı üçün “Xəzər Lənkəran” klubu dəymiş zərərə uyğun olaraq “İnter” klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir. Matçın 81-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun məşqçisi Mihai Teja texniki zona qaydalarını pozduğu üçün məşqçi 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
Unibank Premyer Liqasının XXII turunun AZAL – “Bakı” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Unibank Premyer Liqasının XXII turunun “Qəbələ” – “Gəncə” matçının 41-ci dəqiqəsində Gəncə klubunun 7 №-li futbolçusu Ramal Hüseynov hakim qərarı ilə razılaşmadığına görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib. Məlumat PFL-in saytında yer alıb.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı