Futzal üzrə Azərbaycan milli komandası 2012-ci ildə Xorvatiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız bu hüquqa Fransa ilə görüşdən sonra yiyələnib.
Azərbaycan millisi dünən Fransaya 4:2 hesabı ilə qalib gəlməklə qrupdakı xalını 6-ya yüksəldərək 2-ci pillədə möhkəmlənib. Millimizin hələ İspaniya ilə oyunu qalsa da, yığmamız artıq AÇ-2012-nin final mərhələsinə vəsiqə qazanıb. Lakin Azərbaycanla yanaşı qrupumuzda yer alan İspaniya, həmçinin Portuqaliya, İtaliya və Sloveniya yığmaları dа final mərhələsinə vəsiqəni təmin edib.
Bununla da, Xorvatiyada təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək 12 komandanın yarısı artıq müəyyənləşib. Digər komandaların adlarına isə qruplardakı son oyunlardan sonra aydınlıq gələcək.
Qeyd edək ki, seçmə mərhələnin Bakıda keçirilən son turunda yığmamız sabah saat 21:00-da İspaniya millisi ilə qarşılaşacaq.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı