Azərbaycan millisi Farer adalarına qalib gəldi

Azərbaycan millisi Farer adalarına qalib gəldi
ÖLKƏ FUTBOLU 27 Oktyabr 2023 / 19:55 3499
-  A +

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, yığma 3-cü turda səfərdə Farer adaları ilə qarşılaşıb. Klaksvik şəhərindəki “Djupumyru” stadionunda keçirilən matçda Azərbaycan yığması 2:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını 30-cu dəqiqədə Kristina Bakaranadze və 50-ci dəqiqədə Manə Mollayevə vurub.

Bununla da Azərbaycan millisi qrupda vahid lider olub - 7 xal (3 oyun). Kipr 2-ci (4 xal, 2 oyun), Monteneqro 3-cü (3 xal,2 oyun), Farer adaları isə sonuncudur (0 xal, 3 oyun). 

Qeyd edək ki, yığma növbəti görüşünü oktyabrın 31-də “Dalğa Arena”da Monteneqroya qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
21.01.25  16:25

"Barselona"da itki

21.01.25  15:40

"Səbail"də ayrılıq