1992-1998-ci illərdə futbol üzrə Azərbaycan milli komandasında və müxtəlif dövrlərdə ölkə xaricində terapevt-həkim kimi çalışmış Faiq Hüseynov QOL.az saytına müsahibə verib.
- Siz uzun müddət Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tanınmış futbol adamları ilə eyni klublarda işləmisiniz. Həmin şəxslərdən kimlər yadınızda qalıb? Xatirələriniz necədir?
- Bəli, mən orada 22 il futbol sahəsində - idman masajçısı - terapevt kimi çalışmışam. 1998-2006-cı ildə “Dubay”, 2006-2019-ci illərdə “Əl-Əhli”, 2019-2021-ci illərdə isə “Şabab Əl-Əhli” futbol klublarında işləmişəm. Həmin illərdə dünyada tanınmış onlarla futbol adamının sağlamlığının bərpasında rolum olub. Bunlardan futbol üzrə dünya çempionu Fabio Kannavaro, Avropa çempionu Rikardo Kuarejma, Almaniya Bundesliqasının o vaxt ən güclü hücumcusu olan braziliyali Qrafiti, həmçinin, tanınmış məşqçilər İvan Qaşek, Kiki Flores, Devid O' Liri, Kosmin Kontranın adını çəkə bilərəm. Onlar haqqında çox danışmaq olar. Yalnız onu demək istəyirəm kì, onlar nə qədər tanınmışdırlarsa, o qədər də sadədirlər. Bu, həmişə diqqətimi cəlb edib. Hər zaman çalışdıqları heyətlə çox səmimi olublar, onların qayğısına qalıblar. Onlarla bir yerdə işləmək çox asan olub. Özlərini digərlərindən heç vaxt üstün tutmayıblar. Peşakarlıqlarını hər sahədə göstəriblər. Onlarla idman haqqında çox söhbətlərimiz olurdu. BƏƏ-də basketbol millisində də işləmişəm.

- Birləşmiş Ərəb Əmirliklərindən nə vaxt ayrılıb Azərbaycana qayıtdınız və bunun səbəbi nə idi?
- Biz 2021-ci ildə Vətənə qayıtdıq. Pandemiya ilə əlaqədar klublarda büdcədə çətinlik olduğuna görə maaşları azaltdılar. Həm də bildiyiniz kimi, Dubayda yaşamaq çox böyük pul tələb edir. Ailə ilə və az maaşla Dubayda çətinlik olardı... Mənim pandemiyadan da əvvəl Azərbaycana qayıtmaq fikrim olub. Hətta 2017-ci ildə - Dubayda çalışan vaxt AFFA-ya yazılı müraciət də etmişəm. Fikirləșmişəm ki, təcrübəmdən yararlanaraq, az da olsa milli komandamıza köməkliyim dəyə bilər. Məndən CV tələb etdilər. Yazili cavab verildi ki, vakansiya olanda sizə xəbər verərik. Ona görə hər dəfə Bakıya qayıtmağı təxirə salırdıq. Amma pandemiyada fikirləşdik ki, geri qayıdaq, hər halda hansısa klub mənim təcrübəmdən yararlanmaq istəyər. Artıq uşaqlar da orada universiteti bitirmişdilər. Hazırda orda çalışıb, yaşayırlar.
- Siz Azərbaycan milli komandasında Boris Xetaqurovla birgə tibbi personalda işləmisiniz. Bu gün isə futbol sahəsindən uzaqlaşmısınız. Bunun səbəbi nədir?
- Bəli, mən Boris Xetaqurovla ilk gündən, yəni 1992 ci ildən milli komandada çalışmışam. Həmin vaxt 50 dollar maaş alır, Sumqayıtdan Bakıya məşqlərə gəlirdim. Mən əsas və olimpiya millimizdə masajçılıqan başqa, operator, tərcüməçi, inzibatçı kimi də çalışırdım. Bunun müqabilində 50 dollar maaş alırdım. AFFA-da pul olmayanda mən lazım idim. “Qarabağ”da da pul yox idi. Həm də orda çalışırdım. Müharibə dövrü idi. Ağdamda oyunlar olurdu. İndi yaxşi vaxtda mənim təcrübəm hec kimə lazim devil. Hamı deyir ki, futbol inkişaf etmir. Amma mənim bu təcrübəm heç kimə lazım deyil. Niyə? Mən heç kimdən şikayət etmirəm, heç nə də istəmirəm. Sadəcə bu suala cavab axtarıram. Çox şükür, heç nəyə ehtiyacım da yoxdur. Mənim təcrübəmdən yararlana bilərlər.
AFFA-nın yeni strageyiyasına əsasən xaricdən mütəxəssislər gətirib yeni kadrlar hazirlamalıdırlar, Amma mənim kimi yerli mütəxəssisin təcrübəsindən yararlanmaq istəmirlər. Niyə?
- İşlə bağlı hara müraciət etmisiniz? Sizə nə cavab verilib?
- Dəfələrlə AFFA-ya, “Neftçi”, “Qarabağ”, “Sabah” və son dəfə “Tovuz Turan” kulublarına müraciət etmişəm. AFFA-dan baş həkim Vyaçeslav Xomenko mənə cavab verdi ki, "Mesta net", yəni "yerimiz yoxdur". Deməli, klublarımızda 33 masajçı işləyir, yalnız mənə yer yoxdur. Baxmayaraq ki, idman üzrə ali təhsilli və xaricdə təcrübəsi olan mənəm. 1987-ci ildən “Neftçi”də Azərbaycan futbolunun “qaymaqları” olan İqor Ponomaryov, İsgəndər Cavadov, Maşallah Əhmədov, Nazim Süleymanov, Vəli Qasımov, Yunis Huseynov, Tarlan Əhmədov, Vidadi Rzayev, Arzu Mirzəyev, Arif Əsədov, Mahmud Qurbanov, Vladislav Qədirov və s. kimi futbolçuları klubda və milli komandada oyuna hazırlamışam. Saymaqla qurtarmaz.
- Bir ara “Neftçi” basketbol komandasında da işləmisiniz. Sonra oradan da ayrıldınız. Bəs bunun səbəbi nədir?
- Bəli. İndi basketbol millisində çalıșıram. Bakıda keçirilən COP-29 zamanı basketbol çempionatı dayandırıldı, “Neftci' və milli komanda eyni vaxtda təlim-məşq toplanışı keçirmək qərarına gəldi. "Neftçi"nin toplantışı Şəkidə, milli komandada isə Bakıda oldu. Mən millini seçdim. "Neftçi" həmin müddətdə yeni mûtəxəssis tapdı. "Neftci"də artıq 3-cü mövsüm idi ki, calışırdım. Millidə çalışan Anar müəllimin məşqciliyi altında "Neftçi" ölkə kubokunu qazandı. “Neftci" klubuna uğurlar arzulayıram. Mən basketbol millisində çalışmaqdan məmnunam. Mən həm də basketbol üzrə məşqci ixtisasını bitirmişəm, basketbol komandasında oynamışam.

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tez-tez Azərbaycan futbolunda yaxşı tibbi personala ehtiyac olduğunu deyir. Öz sahənizin mütəxəssisi kimi bu sahədəki durumu necə dəyərləndirirsiniz?
- Hazırda Azərbaycan futbolunda tibb sahəsində nə baş verdiyini söyləmək mənim ücün cətindir. AFFA-nın Tibb komitəsindən praktiki olaraq heç bir məlumatım yoxdur. Eşitdiyimə görə, bəzi seminarlar keçirilir. Deyə bilərəm ki, BƏƏ-də hər şey çox peşəkarcasına edilir. Bütün tibb personalı işləmək ücün lisenziya almalıdır. Yalnız ondan sonra tibb personali işləyə bilər.
- Sosial şəbəkədə tez-tez Azərbaycan futbolunun yaxın tarixinə dair maraqlı videolar paylaşırsınız. Arxiviniz zəngindirmi? Və əsasən hansı illəri əhatə edir?
- Bəli, çalışdığım vaxtlarda Azərbaycan futbolunun yaxın tarixində olan videoları Feysbukda paylaşıram. Hər yeni videolar qarşıma cıxanda səhifəmdə izləyicilərlə bölüşürəm Maraqlıdırsa, Feysbuk səhifəmi izləyin (gülür). Bəli, arxivimdə kifayət qədər Azərbaycan futboluna aid şəkil və videolar var. Bunlar əsasən çalışdığım dövləri əhatə edir.
Ramiq Ağaməmmədov
Azərbaycan millisi San Marinoya qalib gəldi
Azərbaycan yığması Şimali Makedoniyanı məğlub etdi
İtaliya klubu da baş məşqçisini yola saldı
"Turan Tovuz"dan ilk transfer
"Real" Arbeloanı istefaya göndərdi - Rəsmi
"Zirə" Anatoli Nuriyev ilə yolları ayırdı
Azərbaycan - San Marino: Heyətlər
“Qarabağ”ın hazırlıq planı və rəqibləri bəlli oldu
"Şamaxı"dan yeni transfer
"Çelsi" "Yuventus"un futbolçusuna göz dikdi
Azərbaycan yığması Qırğızıstana məğlub oldu
Azərbaycan millisi Pakistana qalib gəldi
Baş məşqçi gedərsə, "Lans" 5 milyon qazana bilər
"Arsenal"ın ən yaxşısı seçildi
Reşford Premyer Liqa klublarının hədəfində
U-17 millimiz yenidən Qazaxıstana uduzdu
DÇ-2026-nın baş tutacağı şəhərlər və stadionlar
Azərbaycan boks tarixində ilk
AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
"Sumqayıt"dan ayrıldı, tanınmış klubu çalışdıracaq - Rəsmi
"Turan Tovuz" kapitanla yolları ayırdı
Superliqa klubunda baş məşqçi ayrılığı
"Şəfa" üç futbolçu ilə yolları ayırdı
"Real" Mourinyonu sabah təqdim edəcək
Xəyal Madridə getdi
Kiran Tripyerin yeni klubu açıqlandı
Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı
DÇ-2026-nın açılış oyununu onlar idarə edəcək
ABŞ-da milli komanda üçün qalmaqallı qarşılanma - Video
"Şəfa"dan növbəti transfer
Mundiala “Vikinq gəmisi” gəlir - Video
39 yaşlı Jiru ilə müqavilə uzadıldı
İspaniya Peruya qalib gəldi
Kannavaro Özbəkistanın DÇ-2026-ya hazırlığını dəyərləndirdi
Nesta bu klubu çalışdıracaq - Rəsmi
DÇ-2026: hakimlər nə qədər qazanacaq?
Olisenin het-triki fransızlara qələbə qazandırdı
Niderland millisi Özbəkistanı çətinliklə məğlub etdi
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu