"Şuşa" futbol klubu dağılır. Bununla bağlı məlumatda bildirilir ki, bir müddət əvvəl sponsorluğu üzərinə götürən Türkiyənin "Football Sportive Consult" şirkəti komandanı çətin vəziyyətdə qoyub.
Halbuki türklər ən azı mövsümün sonuna kimi kluba himayədarlıq edəcəklərini bildimişdilər. "Football Sportive Consult"un sahibi Mehmet Kayrım ölkə mətbuatına müsahibəsində daha çox menecerlik fəaliyyəti ilə bağlı gördüyü işlərdən danışmışdı. Şirkət sanki bu yolla özünü ölkəmizdə reklam etmək niyyətində idi.
Menecerliklə məşğul olan bir şirkətin "Şuşa"ya uzun müddət dayaq olacağı əvvəlcədən inandırıcı görünmürdü. Çox təəssüf ki, bu, ehtimal özünü doğruldub. Türk şirkəti komandanı sponsorluğa götürdükdən sonra başda baş məşqçi dəyişilməklə yanaşı, əksər futbolçular yola salınmış, əvəzində yeniləri gətirillmişdi.
Əsas çalışdırıcı postu türkiyəli Mətin Dəmirkırana təhvil verilmişdi. Qardaş ölkədən futbolçular da cəlb olunmuşdu. Ancaq komanda indi ciddi maddi problemlə üzləşib. Məsələ burasındadır ki, türk şirkəti hazırda komandaya sponsorluq iqtidarında olmadığını göstərib. Klubun vəziyyəti çox acınacaqlı olduğundan 1-ci divizonun son turunda "Şuşa"nın Mingəçevirdə "Energetik"lə səfər oyununun xərclərini AFFA çəkib. Fevralın 20-də baş tutan qarşılaşmada Şuşa təmsilçisi 1 xal qazanıb.
Qeyd edək ki, 15 turdan sonra komanda 14 klub sırasında 7 xalla 13-cü yeri tutur. Mayın 15-də başa çatacaq 1-ci divizion 26 turdan ibarətdir.
Mənbə: (Supersport.az)
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı