"Turan" klubu əvəzedici komandalar arasında keçirilən "Turan"-"Bakı" qarşılaşmasından sonra paytaxt klubunun 2 nömrəli futbolçusu Orxan Əsədovun sənədlərinin qaydasında olmadığı, iştirak ərizəsində adı olmayan futbolçunun meydanda yer alması iddiası ilə Peşəkar Futbol Liqasına şikayətlə müraciət etmişdi. Qol.Az-ın məlumatına görə, "Bakı" klubu Orxan Əsədovla bağlı açıqlamasında bu iddianın əsassız olduğunu bildirərək onun şəxsiyyət vəsiqəsi, attestatı və PFL tərəfindən verilən oyunçu lisenziyasının şəkillərini yaymışdı.
Bu gün Peşəkar Futbol Liqasına daxil olan "Turan"ın icraçı direktoru Rasim Əliyev tərəfindən imzalanmış 21 fevral 2011-ci il tarixli 61 saylı məktubda Tovuz klubunun iddiası əsasında məsələnin araşdırıldığını, texniki səhv nəticəsində PFL-in rəsmi internet səhifəsində səhvən Orxan Əsədovun adının Ayxan Əsədov kimi qeyd olunduğu aşkarlanmışdır.
AFFA-nın rəsmi orqanı olan "Futbol Dünyası" qəzetinin 089-cu sayında əvəzedici komandaların iştirak ərizəsində futbolçu sənədlərinə uyğun olaraq Orxan Əsədov kimi qeyd olunduğunu nəzərə alınıb. Haqqında sönbət gedən texniki xəta isə aradan qaldırılıb.
Bunları nəzərə alan "Turan" klubu iddiasını geri götürmək barədə rəsmən Peşəkar Futbol Liqasına müraciət edib. Bununla da Orxan Əsədovun "Bakı" klubunun əvəzedici komandasında tam hüquqi əsaslarla oynadığı təsdiq olunub.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı