Nazim Süleymanov: "Bəxtimiz gətirmədi"

Nazim Süleymanov: "Bəxtimiz gətirmədi"
ÖLKƏ FUTBOLU 20 Fevral 2011 / 21:02 2359
-  A +

""Xəzər Lənkəran"ı qələbə münasibəti ilə təbrik edirəm. Oyun çox maraqlı keçdi, həqiqətən də Lənkəranda futbol ab-havası var. Həm stadion, həm də azarkeşlər çox gözəl idi". Qol.Az-ın xəbərinə görə, bunu AZAL klubunun baş məşqçisi Nazim Süleymanov "Xəzər Lənkəran"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. 

Süleymanov nəticədən razı olmadığını desə də, qarşılarına qoyulan ilk məqsədə çatdıqlarını vurğulayıb: "Bizim qarşımıza qoyulan birinci məqsəd "ilk altılığ"a düşmək idi. İkinci məqsəd isə Avroliqaya vəsiqə qazanmaq idi. Bu oyunla mən uşaqları təbrik etmək istəyirəm, məğlub olduğumuza baxmayaraq, çox yaxşı mübarizə apardıq. Bu oyunda, demək olar ki, bəxtimiz gətirmədi. "Xəzər Lənkəran"a uğurlar arzulayıram".

Daha çox


Son xəbərlər