Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" bu gün Superliqada növbəti oyununa çıxıb.
Qol.az xəbər verir ki, Volkan Demirelin çalışdırdığı komanda "Trabzonspor"u qəbul edib. Qonaqlar 2:0 hesabı ilə önə keçsə də, "Hatayspor" əzmkar qələbə qazanıb - 3:2.
Millimizin hücumçusu matçın 84-cü dəqiqəsində meydana daxil olub. O, 88-ci dəqiqədə Lamkel Zenin vurduğu qolun ötürməsini edib. Dadaşov 90-cı dəqiqədə sarı vərəqə alıb..
Bu nəticədən sonra "Hatayspor" 10 xalla 4-cü pilləyə yüksəlib. "Trabzonspor" isə 9 xalla 6-cı sırada qərarlaşıb.
25 sentyabr
"Hatayspor" – "Trabzonspor" - 3:2
Qollar: Rivas, 72. Lamkel Ze, 88. Dele-Başiru, 90+7 – Vişça, 44. Onuaçu, 62.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi