"Hazırda Almaniya millisinin "1 nömrə"siyəm"

"Hazırda Almaniya millisinin "1 nömrə"siyəm"
XƏBƏR 6 Sentyabr 2023 / 20:19 3654
-  A +

Almaniya millisinin və "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen milli komandada qapıçı mövqeyində rəqabətlə bağlı fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, o, özünü "1 nömrə" adlandırıb:

“İndi mən 1 nömrəyəm. Bu anı çoxdan gözləyirdim və indi fürsətdən istifadə etmək istəyirəm. Mən bunu belə saxlamaq üçün əlimdən gələni edəcəyəm. Manuel Noyerin reabilitasiyanın hansı mərhələsində olduğunu bilmirəm. Meydana qayıtdığını gördüm, bu məni çox sevindirdi. Belə ağır zədədən sonra ən əsası onun meydana qayıtmasıdır. Ümid edirəm ki, o, yenidən futboldan həzz alacaq. Mən bu şeylərə təsir edə bilmərəm. Mən enerjimi buna sərf edə bilmirəm və istəmirəm"

Qeyd edək ki, Ter Ştegen 2012-ci ildən Almaniya millisinin üzvüdür.

Daha çox


Son xəbərlər
topaz banner