"Qəbələ"nin Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

"Qəbələ"nin Gənclər Liqasındakı rəqibi müəyyənləşdi
XƏBƏR 5 Sentyabr 2023 / 16:12 3252
-  A +

Bu gün UEFA Gənclər Liqasında 1-ci mərhələnin püşkü atılıb.

Qol.az xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçisi "Qəbələ"nin rəqibi də müəyyənləşib. "Qırmızı-qaralar"  birinci mərhələdə Macarıstanın "Puşkaş Akademiya"sı ilə üz-üzə gələcəklər.

Bu cütün qalibi növbəti mərhələdə "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) cütünün güclüsü ilə qarşılaşacaq.

"Qəbələ" "Puşkaş Akademiyası" ilə ilk matçını oktyabrın 4-də evdə, cavab oyununu isə oktyabrın 25-də səfərdə keçirəcək.

Daha çox


Son xəbərlər
topaz banner