Mahir Konfrans Liqası üçün iştirak ərizəsində

Mahir Konfrans Liqası üçün iştirak ərizəsində
XƏBƏR 5 Sentyabr 2023 / 14:26 1957
-  A +

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su Konfrans Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Siyahıda 28 futbolçu yer alıb. Tərkibdə M.Emreli də  var.

Qeyd edək ki, "Dinamo" “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan) və “Balkani” (Kosovo) ilə  birlikdə G qrupunda mübarizə aparacaq.

İştirak ərizəsi belədir: 

Qapıçılar: 1. Daniel Zaqoraç, Antonio Rayiç, 33. İvan Nevistiç, 

Müdafiəçilər: 2. Sadeq Moharrami, 3. Xoakin Sosa, 4. Bosko Sutalo, 6. Maksim Beynayer, 13. Stefan Ristovski, 15. Boydan Mixayliçenko, 39. Mauro Perkoviç, 55. Dino Periç

Yarımmüdafiəçilər: 10. Martin Baturina, 14. Robert Lyubiçiç, 23. Alen Haliloviç, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 30. Takuro Kaneko, 31. Marko Bulat, 36. Luka Vrbançiç, 72. Qabriel Vidoviç,

Hücumçular: 9. Bruno Petkoviç, 11. Mahir Emreli, 17. Sandro Kulenoviç, 18. Yosip Drmiç, 20. Antonio Marin, 41. Qabriel Rukavina, 70. Luka Menalo, 7. Dario Şpikiç

Daha çox


Son xəbərlər
topaz banner